Azərbaycan-Rusiya sərhədində körpünün açılışı oldu - FOTO
Bu gün Azərbaycan-Rusiya sərhədindən keçən Samur çayı üzərində inşa olunan avtomobil körpüsünün açılış mərasimi keçirilib.
Rakus.az xəbər verir ki, açılış mərasimində Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Dağıstanın rəhbəri Vladimir Vasilyev, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov iştirak ediblər.
Xatki, Samur çayı üzərində körpünün inşası layihəsi Rusiya və Azərbaycan hökumətləri arasında 2013-cü ilin avqustunda imzalanmış razılaşma çərçivəsində həyata keçirilir. Yeni körpü, 1957-ci ildə tikilən mövcud körpünü əvəz edəcək. Körpünün uzunluğu 325,3 metr, eni 17,5 metrdir. Layihənin dəyəri 36,5 milyon manatdır (təxminən 21,5 mln. ABŞ dolları). Rusiya və Azərbaycan tikintini bərabər şəkildə maliyyələşdirilib. (apa.az)