Siyasi 24.12.2020 20:06

Azərbaycan tarixində Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan – VİDEOKONFRANS - FOTO

Bu gün Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı Rayon İcra Hakimiyyəti ilə birgə “Azərbaycan tarixində Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan” mövzusunda videokonfrans keçirilib.

Rakus.az-ın verdiyi məlumata görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, YAP Qaradağ rayon təşkilatının sədr müavini Süleyman Mikayılov, YAP Qaradağ Rayon təşkilatının sədri, Partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov, YAP Qaradağ rayon təşkilatı Şurasının üzvü, Ə.Əmirov adna NQÇİ-nin rəisi Fəxri Haqverdiyev, YAP Qaradağ rayon təşkilatı Gənclər birliyinin sədri Seyidməmməd Məmmədzadə, rayon təşkilatının İdarə Heyətinin üzvləri, Şura üzvləri, GB-nin üzvləri, rayon Ağsaqqallar Şurasının üzvləri və ərazi ilk partiya təşkilatlarının sədrləri iştirak ediblər.

Məruzə ilə çıxış edən YAP Qaradağ Rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov bildirib ki, Müasir Azərbaycan dövlətinin müstəqillik tarixinin yarıdan çoxu cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bağlıdır: “Müstəqil dövlətçiliyimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin siyasi idarəçilik məktəbinin layiqli davamçısı olan cənab İlham Əliyev 2003-cü ilin oktyabrında keçirilən ilk prezidentlik inaqurasiyasında “Mən hər bir azərbaycanlının prezidenti olacağam”, – söyəldi və arxasında böyük məna və məsuliyyət yükü olan bu fikirləri öz prezidentlik fəaliyyətində daim təsdiq etdi, əmələ çevirdi və dövlət idarəçiliyində bir meyar səviyyəsinə yüksəltdi. Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə, həmsədrlərin 30 il hər kəsi inandırmaq istədiyi “münaqişənin hərbi yolla həlli yoxdur” tezisini 44 gün ərzində darmadağın edən də cənab Ali Baş Komandan, Partiyamızın sədri, Prezident İlham Əliyev oldu. Bu artıq Cənubi Qafqazın tarixində yeni bir dövrün başlanması deməkdir. Bu yeni mərhələyə Azərbaycan güclü, sürətlə inkişaf edən, qüdrətli orduya malik qalib dövlət kimi, Ermənistan isə beynəlxalq ekspertlərin qiymətləndirmələrinə görə, hərbi potensialının 80 faizini itirmiş, öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə belə resursları çatmayan, heç bir iqtisadi perspektivi, gələcəyə ümidi olmayan məğlub ölkə kimi daxil olur. Regionda əsas söz sahibinin kim olacağı artıq hər kəsə məlumdur. Məlum olmayan yalnız Ermənistanın və onun havadarlarının bu yeni dövrün reallıqlarını nə dərəcədə düzgün qiymətləndirəcəkləridir. Bu, həm də Ermənistan üçün tarixi bir şansdır”.

Məruzə ətrafında çıxış edən Qaradağ RİH başçısı Süleyman Mikayılov qeyd edib ki, düz 17 il gecə-gündüz ağır zəhmət bahasına Prezident İlham Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinə keçidini təmin edərək, onu müasir, güclü, dünyada öz mövqeyi, sözü olan dövlətə çevirdi, aparıcı dövlətlər sırasına çıxardı: “17 ildən sonra Azərbaycanı həm də hərb meydanında qalib dövlət etdi. Bütün azərbaycanlılara uzun illərdir arzuladıqları, sözlə ifadə edilə bilməyəcək böyük Qürur hissini yaşatdı! Ermənistanın işğalçı ordusunu döyüş və siyasət meydanında darmadağın etdi, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi. Ermənistanın hərbi təcavüzünə cavab verən ordumuzun uğurlu əməliyyatları erməni mifini darmadağın etdi. Və göstərdi ki, biz işğal altındakı torpaqlarımızı azad etmək gücünə malik dövlətik. Heç kim bizimlə hədə-qorxu dili ilə danışa bilməz, iradəmiz əleyhinə heç nə edə bilməz. Bu gün bütün şərtləri Azərbaycan diqtə edir. Ona görə ki, o, ədalətin, inkişafın, demokratiyanın, sülhün və əməkdaşlığın qarantı olan güclü dövlətdir”.

YAP Qaradağ RT Şurasının üzvü Ə.Əmirov adna NQÇİ-nin rəisi Fəxri Haqverdiyev, YAP Qaradağ RT Gənclər birliyinin sədri Seyidməmməd Məmmədzadə və digər çıxış edənlər də Prezidentin 17 il ərzində Azərbaycanda bütün sahələrdə aparılan islahatların, əldə edilən uğurların memarı, bizə Zəfər gününü yaşadan son 200 ilin Qalib Sərkərdəsi olduğunu bir daha vurğulayıblar.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO