Gündəm 05.06.2020 15:00

Azərbaycan tövsiyələri 61,9 faiz icra edib – Avropa Şurası

Bul iyunun 3-də Strasburqda Avropa Şurasının antikorrupsiya monitorinq orqanı – Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) 2019-cu ildə fəaliyyətini əks etdirən hesabatın təqdimatı keçirilib.

Rakus.az xəbər verir ki, hesabat parlament üzvləri, hakimlər və prokurorların fəaliyyətində korrupsiyanın qarşısının alınması məsələlərini əhatə edir.

Hesabata əsasən, Azərbaycan Respublikası tövsiyələri 61,9 faiz icra edib. Ölkəmiz bu göstərici üzrə Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci yerdə, MDB ölkələri arasında isə 1-ci yerdədir.

Bu yüksək nəticə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində mövcud olan güclü siyasi iradə ilə bağlıdır. Dövlət idarəçiliyində şəffaflığın gücləndirilməsi, elektron xidmətlərin inkişafı və korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul olunub, bu sahədə yeni strateji baxışlar və hədəflər müəyyən edilib. Bu strategiyanın icrasına uyğun olaraq həyata keçirilən institusional və qanunvericilik islahatları, yaradılan elektron hökumət infrastrukturu, vətəndaş cəmiyyəti ilə qurulan sıx əməkdaşlıq və geniş maarifləndirmə tədbirləri antikorrupsiya siyasətinin təzahürləridir.

Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar bu sahədə dövlət siyasətinin formalaşması, cinayət təqibinin həyata keçirilməsi və dövlət qurumları tərəfindən preventiv tədbirlərin icrası istiqamətlərində sistemli fəaliyyət həyata keçirirlər.

Dövlət xidmətlərinin göstərilməsində korrupsiya hallarını tam istisna edən “ASAN xidmət” modeli beynəlxalq səviyyədə ən yaxşı təcrübə kimi qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılan və Azərbaycan brendi olan “ASAN xidmət” bir sıra dövlətlər tərəfindən öyrənilir və tətbiq edilir.

Korrupsiyaya qarşı mübarizə və açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət planları dövlət orqanları tərəfindən yüksək səviyyədə icra olunur. Vətəndaş cəmiyyəti institutlarının apardıqları müstəqil monitorinqlərin nəticələri Milli Fəaliyyət planlarının uğurlu icrasını bir daha təsdiq edib.

Bu gün Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilən müsbət dinamika beynəlxalq antikorrupsiya reytinqlərində də öz əksini tapıb. Ölkəmiz BMT, Avropa Şurası, OECD və Beynəlxalq Antikorrupsiya Akademiyası ilə sıx əməkdaşlıq əlaqələri qurub və bu fəaliyyətdə də mühüm irəliləyişlər əldə edib. Azərbaycan Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) və OECD-nin Antikorrupsiya Şəbəkəsinin 3 qiymətləndirmə raundunu uğurla keçib. Bu isə ölkəmizdə həyata keçirilən tədbirlərin Avropa standartlarına uyğunluğunun indikatorudur.

XƏBƏR LENTİ
İdman / 04.10.2025 08:42
“APA”-“BakuWS” və “Baku TV”-“AZƏRTAC” duelə çıxır
Siyasi, Sosial / 03.10.2025 23:18
“Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayıb” - FOTO - VİDEO
Sosial / 03.10.2025 14:16
Andranikin şəkilini qoparıb atırdıq – Avtandil Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 03.10.2025 09:22
Həftə sonu 8 komanda münasibətlərə aydınlıq gətirəcək - FOTO
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır? - VİDEO
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
İdman / 28.09.2025 08:22
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO