AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – Uels matçının təyinatları müəyyənləşib.
Rakus.az xəbər verir ki, UEFA Bakıdakı qarşılaşmaya Almaniyadan olan hakimlər briqadasını göndərəcək.
Görüşü Dəniz Aytəkin idarə edəcək. Ona Eduard Beytinger və Rafael Foltin köməklik göstərəcək. 4-cü hakim funksiyasını Kristian Dinqert yerinə yetirəcək.
Hakimlərin işinə rusiyalı hakim-inspektor Sergey Zuyev qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə Mark Bos (Hollandiya) olacaq.
Xatırladaq ki, oyun noyabrın 16-da Azərbaycan – Uels qarşılaşması “Bakcell Arena”da keçiriləcək.