İqtisadi 27.04.2019 08:17

Azərbaycan ÜGT-nın Avropa regionuna rəhbərlik edəcək

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı başa çatıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Rakus.az-a verilən xəbərə görə, konfransda Ümumdünya Gömrük Təşkilatı Avropa regionunun tranzit sistemlərinin uyğunlaşdırılması, ÜGT-də əlavə dillərin istifadəsi, ÜGT-yə qoşulma ilə əlaqədar işçi qrupun fəaliyyətinin nəticələri, ÜGT-də fəaliyyətin qiymətləndirilməsi alətinin hazırlanması, 2019-2022-ci illər üzrə hazırlanacaq Strateji Planda Avropa regionunun prioritetləri, ÜGT-nin qayda və prosedurlarının təkmilləşdirilməsi, ÜGT-nin regional laboratoriyalarının texniki şərtlərinin qəbul edilməsi, habelə ÜGT Avropa regionunun ÜGT-nin Komitə və orqanlarında təmsil edilməsi məsələləri müzakirə edilib.

Konfransda ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Bakıda yerləşən Avropa Regional Ofisinin rəhbərinin və ÜGT-nin Maliyyə Komitəsinin sədrinin hesabatları dinlənilib və bundan sonra Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa regionu üzrə rəhbəri vəzifəsinə seçkilər keçirilib.

Seçkilər zamanı ayrılmış vaxtın sonuncu saatında qeyd olunan vəzifəyə Avropa İttifaqı tərəfindən Yunanıstanın namizədliyi irəli sürülüb. Məhz bu namizədlik Avropa İttifaqı tərəfindən dəstəkləndiyi üçün gərgin müzakirələr aparılıb. Ümumi razılıq əldə olunmadığından məsələnin müzakirəsi növbəti günə keçirilib. Bununla əlaqədar, Azərbaycan nümayəndə heyətinin gün boyunca Avropa İttifaqının nümayəndələri, o cümlədən Yunanıstan, Böyük Britaniya və Rusiya gömrük xidmətlərinin rəhbər vəzifəli şəxsləri ilə məsələyə dair geniş spektrli müzakirələri aparılıb.

Konfransın öz işini davam etdirdiyi dövrdə məsələ yenidən müzakirə edilib və Böyük Britaniya gömrük xidmətinin rəhbəri Azərbaycanın namizədliyi barədə öz müsbət mövqeyini bildirib. Bununla yanaşı, Qazaxıstan, Türkiyə, Belarus gömrük xidmətlərinin nümayəndələri də müsbət rəylə çıxış edib. Gərgin keçən müzakirələrdən sonra Azərbaycan iki il müddətinə Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa regionu üzrə rəhbər seçilib.

Sonra Azərbaycan tərəfi sədr müavinliyi çərçivəsində görüləcək işlər ilə əlaqədar olaraq proqram xarakterli təqdimatla çıxış edib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın Xalisa xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO
İdman / 23.11.2025 08:05
Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO