Hərbi 22.10.2019 12:52

Azərbaycan və Çin müdafiə nazirlərinin görüşü keçirildi - FOTO

Çində səfərdə olan Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 22-də Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR-in milli müdafiə naziri, general-polkovnik Vey Fenxe ilə görüşüb.

Rakus.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, nazir V.Fenxe Çin ilə Azərbaycan arasında münasibətlərin böyük tarixi olduğunu, müasir dövrdə əlaqələrimizin hər iki xalqın marağına uyğun inkişaf etdiyini deyib.

O, ÇXR sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünün iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkan yaratdığını deyib. V.Fenxe Azərbaycanın bu təşəbbüsün icrasında fəallıq göstərdiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin aprel ayında Pekində 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakını məmnunluqla yada salıb.

Çin rəsmisi iki ölkənin hərbi sahədə əməkdaşlığından danışaraq, hərbçilərin qarşılıqlı səfərlərinin bu işə töhfə verdiyini deyib.
V.Fenxe ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyini bir daha bəyan edib.

Çin Xalq Respublikasına dəvətə görə təşəkkürünü bildirən Azərbaycanın Müdafiə naziri general-polkovnik Z.Həsənov bildirib ki, tarixən iki xalq arasında yaranmış dostluq münasibətləri ölkələrimizin əlaqələrinin inkişafında möhkəm təməl rolunu oynayır.

Nazir ölkələrimizin rəhbərlərinin və yüksək vəzifəli rəsmi şəxslərin qarşılıqlı səfərlərinın son vaxtlar intensivləşdiyini, ÇXR Sədri Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyevin apreldə “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakının Azərbaycanın bu layihədə vacib ölkə olduğunu göstərdiyini deyib.

Müdafiə naziri Çinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə olan davamlı dəstəyinə görə təşəkkür edib, Azərbaycanın da “Vahid Çin” siyasətini dəstəklədiyini və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatları tanıdığını deyib.

Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Tərəflər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə hüquqi sənədin imzalanması barədə ilkin razılığa gəliblər.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı”
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO
İdman / 23.11.2025 08:05
Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO
Hərbi / 22.11.2025 23:47
Qədim Azərbaycanın hərbi gücü - VİDEO