skip to Main Content
İdman 12.06.2019 13:42

Yığma komanda ölkə futbolunun güzgüsüdü

 

Azərbaycan və futbol. Dərsliklərə bir-birinin antonimi kimi yazılmalıdı. Ki, gələcək nəsillər bizim keçirdiyimiz əsəbi, stressi yaşamasınlar, reallığı olduğu kimi qəbul eləsinlər.

Axı niyə qəbul edə bilmirik ki, Azərbaycanda futbolçu yoxdu? Bəlkə var, illərdi biz görmürük? Həqiqətən də, bizimkilər futbolçudursa, Slovakiyanın Hamşiki, Macarıstanın Dzudzakı, Xorvatiyanın Modriçi hansı peşənin sahibidi? Əslində isə reallıq bunun tam əksidi. Bəli, onlar futbolçudu, özü də işinin əhli olanından. Amma bizimkilər…

“Futbolçuyam”, deyib sağda-solda sinəsini irəli verib gəzən, qohum-əqrəba, dost-tanış içində “hava atan” məhəllə topçularına “futbolçu” deməyə adamın dili, yazmağa əli gəlmir. Bəzən layiq olmadıqları halda “premiya” alan bu topçular, görəsən qazandıqları aylıq maaşı həkimin, müəllimin 2-3 ildə görmədiyini bilirlərmi? Halbuki, bu topçu yığını nə müəllimin, nə də həkimin kəsib atdığı dırnağı ola bilər. Yurçeviç deyir ki, bizimkilərin ümumi qiyməti bir Lobotka qədər deyil. Əslində, bizimkilər bir qəpik etməzlər.

İnciməsinlər, amma normal top qəbul edə bilməyənlərə, 2-3 ötürmədən sonra özünü itirənlərə, məhəllə oyunlarındakı kimi uşaq qolları buraxanlara “futbolçu” deyə bilmərəm. Desəm, əsl futbolçulara hörmətsizlik etmiş olaram.

Yığma komanda ölkə futbolunun güzgüsüdü. Təəssüf ki, bizim yığmanın güzgüsünə baxanda zülmət qaranlıqdan başqa heç nə görünmür.

Rəqibin kimi futbol oynaya bilmirsənsə, topla oynamaq bacarığın aşağıdısa, bir yolun qalır: savaşmaq. Bunun müasir futbolda xeyrini çoxları görüb. Çox keçmişə getməyək. 4-5 gün əvvəl Türkiyə Fransanı necə məğlub etdi? Türklər son dünya çempionundan daha bacarıqlıdılarmı? Əlbəttə ki, xeyr. Elə tək Mbappe bütün Türkiyə yığmasından bahadı. Amma həmin dünya çempionu Konyada diz çökdü. Türklər bunu ölkə adına, bayrağı, gerbi naminə savaşaraq bacardılar. Bəs bizdə niyə bu əjdahalardan yoxdu?

Əgər meydanda olan 11 nəfərdən yarıdan çoxu ölkə himnini bilmirsə, geyindiyi formanın rənglərinin mənasını, daşıdığı gerbin dəyərini dərk etmirsə, hansı fədakarlıq, döyüşkənlik tələb etmək olar? Deməyin ki, bu milli dəyərlərin futbola nə aidiyyəti? Əgər söhbət milli komandadan gedirsə, elə hər şey burdan başlayır. Çox yox, Ramil Şeydayev qədər can yandırsalar, onda olan abır-həya digərlərinə də sirayət etsə, “futbolçu olmasaq da, kişi kimi vuruşduq” deməyə üzləri olar.

Vallah, biz jurnalistlər qəhrəmanıq. Axı kim olmayan bir şeyi canlandıra bilər? Yalnız idman jurnalistləri. Olmayan futbolumuzdan yazmaq, olmayan futbolçumuzdan müsahibə almaq. Bunu bacarmaq igidlikdi.

İgid demişkən, deyir, bir igid qırx ildə meydana gələr. Bəs bu ölkə bir futbolçunun üzə çıxması üçün daha neçə il gözləməlidi? Halbuki, normal komanda görməyimiz üçün 1 yox, 11 milli futbolçuya ehtiyacımız var. Onu da gördüm deyənə eşq olsun…

Ruslan SADIQOV

(Matç.az)

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər”
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 11:00
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir
Siyasi, Sosial / 23.09.2025 22:01
Aşirabad və Aşnak toponimi – türk tarixinin izi - VİDEO
İqtisadi, Müsahibə / 23.09.2025 18:35
“Ermənistanın kənd təsərrüfatı məhsulunun 70%-ni azərbaycanlı əhali təmin edib” - FOTO - VİDEO
Sosial / 23.09.2025 14:22
Adı V əsrdə xatırlanan kənd – ANONS - VİDEO
Back To Top
×Close search
Axtar