Sosial 19.06.2019 14:42

Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir – Əli Əhmədov

 

Prezident İlham Əliyevin sərəncamları ilə bir çox sahələrdə çalışan insanların əmək haqqı 40 faiz artırılır.

Rakus.az xəbər verir ki, bu fikirlər Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədovun “Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir” adlı məqaləsində qeyd olunub.

Bildirilir ki, ən önəmlisi minimum əməkhaqqının 250, minimum pensiyaların isə 200 manat məbləğində müəyyən edilməsidir. Bir neçə ay bundan əvvəl isə minimum əməkhaqqı və pensiyalar təxminən 40 faiz artırılmışdı. Beləliklə toplam artım təxminən 100 faizə bərabər olmuşdur. Minimum əməkhaqqının artırılması nəticəsində yüz minlərlə insanların maaşları 270-350 manat civarında artmış olacaq.
Məlumdur ki, Prezident İlham Əliyevin sərəncamları ilə 2003-cü ildən bu yana əməkhaqqı və pensiyalar dəfələrlə qaldırılıb. Bu, faktdır. Lakin 2019-cu il əhalinin sosial müdafiəsi sahəsində daha cəsarətli və əhəmiyyətli addımlar atılması ilə səciyyəvidir. İnsanların rifahının yaxşılaşdırılmasını özünün siyasətinin əsas məqsədi hesab edən Prezident İlham Əliyev bunu real həyatda əyani şəkildə təcəssüm etdirir. Xalqın həyat səviyyəsi sözün həqiqi mənasında gündən günə yaxşılaşır. Bu isə insanların xəyallarını gerçəkləşdirməsi üçün daha geniş imkanlar yaradır.
Azərbaycanı daha firavan gələcək, vətəndaşı daha yüksək rifah gözləyir. Məqsədimiz bu gələcəyə doğru inamla və qətiyyətlə irəliləməkdir. İndi sözüm vaxtilə iqtidarda olub Azərbaycanın bu gününə böhtan atanlaradır. Onlar hakimiyyətdə olduqları dövrdə əməkhaqqının artırılması ilə əlaqədar bir fakt belə xatırlayırlarmı? Ümumiyyətlə AXC-Müsavat hakimiyyətinin siyasi leksikonunda əməkhaqqının artırılması, insanların həyatının yaxşılaşdırılması anlayışları vardımı? Əlbəttə ki, yox idi. Çünki iflasa uğramış, ölkəni ağır iqtisadi tənəzzül vəziyyətinə salmış keçmiş hakimiyyətin bu barədə düşünməyə nə həvəsi var idi, nə də imkanı. Xəzinədə pul yox idi. Dövlət büdcəsiz işləyirdi. AXC-Müsavat hakimiyyəti dünyaya əcaib nümunə göstərmişdi: büdcəsiz dövlət.
Törətdikləri biabırçılıqların heç yüzdən birini də təşkil etməyən sadaladığım faktların “müəlliflərinin” bugünki firavan, müasir, inkişaf edən Azərbaycana böhtan atması insan əxlaqının eybəcərləşməsindən başqa bir şey deyildir.
Nə qədər böhtan atsalar da, nankorluq etsələr də möhtəşəm Azərbaycan özünün işıqlı gələcəyinə doğru inamla irəliləyir, insanlar isə bunun faydasını görür və bundan sonra da görəcəklər.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO