İdman 16.10.2019 10:32

Azərbaycan yığması sensasiya gözləyir

AVRO-2020-nin pley-off mərhələsinin üç iştirakçısı dəqiqləşib.

Rakus.az xəbər verir ki, bunlar Şotlandiya, Gürcüstan və Belarus yığmalarıdır.

Böyük britaniyalılar C yolunda, digər iki komanda isə D yolunda pley-off matçlarına çıxacaq. Bu qarşılaşmalar 2020-ci ilin martında baş tutacaq.

Millətlər Liqasının ötən il başa çatan qrup mərhələsində 1-ci yeri tutan və bununla da pley-offda oynamaq hüququ qazanan digər 13 yığma isə seçmə mərhələ yolu ilə birbaşa final mərhələsinə qatıla bilərlər. Onlardan biri – Ukrayna artıq bu vəzifənin öhdəsindən gəlib.

Bu komandaları pley-offda həmin Liqanın ümumi sıralamasında növbəti yerləri tutan komandalar əvəzləyəcək. Seçmə mərhələnin 8 turundan sonrakı duruma əsasən pley-offda aşağıdakı komandalar mübarizə aparacaqlar:

Pley-off iştirakçılarının ilkin siyahısı
A yolu

İsveçrə, İslandiya, Bolqarıstan/İsrail/Rumıniya*
B yolu
Bosniya və Herseqovina, Uels, Slovakiya, Şimali İrlandiya
C yolu
Şotlandiya, Norveç, Serbiya, Bolqarıstan/İsrail/Rumıniya*
D yolu
Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus
– püşk yolu ilə bu üç komandadan hansının C, hansılarının A yolunda mübarizə aparacağı dəqiqləşəcək.

Millətlər Liqasında da, seçmə mərhələdə də uğursuz çıxış edən Azərbaycan milli komandası da pley-offa qatılmaq üçün nəzəri şanslarını qoruyur. Yığma Qurban Qurbanovun rəhbərliyi altında qatıldığı yeni turnirdə 7-ci yeri tutub.

Komandanın pley-offa qatılması üçün “dördlüy”ə düşməsi vacibdir. Yəni yığmamızı qabaqlayan 6 komandadan ən azı üçü AVRO-2020-yə seçmə mərhələdən yüksəlməlidir.

Belə şansı qalmayan Belarus və Gürcüstan artıq pley-offda yerini təmin ediblər. Digər qrup qalibləri Kosovo və Şimali Makedoniya final mərhələsi şanslarını qoruyur. Kosovolularda bu şanslar heç də az deyil.

Lakin bu iki yığmadan biri seçmə mərhələdə uğur qazansa, onu ümumi sıralamada beşinci olan Lüksemburq əvəzləyəcək. “Cırtdan ölkə” təmsilçisi artıq final mərhələsinə birbaşa vəsiqə şansını itirib.

Kosovo və Şimali Makedoniyanın hər ikisinin uğur qazanması isə Lüksemburqla Ermənistanı final mərhələsinə daşıyacaq. Sonuncuların da seçmə oyunlarda uğur qazanmağa cüzi şansı qalıb.

Bir sözlə, Azərbaycanı Millətlər Liqasında qabaqlayan 6 komandadan üçü (Kosovo, Şimali Makedoniya və Ermənistan) hələ də seçmə mərhələ yolu ilə AVRO-2020-yə yüksələ bilər. Bu, inandırıcı görünməsə də, yığmamız üçün pley-offa qatılmaq yolunda son ümiddir.

Qeyd edək ki, artıq 6 komanda seçmə mərhələdən həlledici raunda yüksəlib. Bunlar Belçika, İtaliya, Polşa, Rusiya, Ukrayna və İspaniya yığmalarıdır. Millətlər Liqasının qalibi olan Portuqaliya isə hələ bu hüquqa yiyələnməyib. Seçmə mərhələdə uğur qazanmalı olan son Avropa çempionu bunu bacarmasa, pley-offda oynamalıdır. (apa.az)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO