İqtisadi 16.06.2020 21:00

Azərbaycana könüllü qayıdanlara mənzil verildi

Xüsusi karantin rejimi yumşaldıldıqdan sonra Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihəsinin əməkdaşları BMT-nin ölkədəki İdarə Heyətinin mərhələli şəkildə işə qayıtmaq təlimatlarına uyğun olaraq, COVİD-19 yayılmasından öncə mənşə ölkəsinə könüllü olaraq qayıdan Azərbaycan vətəndaşlarına ayrılan reinteqrasiya yardımının istifadəsinə dair məsləhətləşəmə xarakterli görüşlərin təşkili və aidiyyəti yardımların çatdırılmasını bərpa ediblər. 

Rakus.az xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, may ayı ərzində bu sahələr üzrə statistik rəqəmlər cari ilin əvvəlində olan göstəricilərə çatdırılıb.

Belə ki, may ayında KQYR layihəsinin əməkdaşları könüllü qayıdan şəxslərlə 27 nümayəndəlikdə görüş (62 nəfər faydalanmışdır) və 12 virtual görüş (26 nəfər faydalanmışdır) keçirmiş və 31 qeyri-nağd yardımı (55 nəfər faydalanmışdır) çatdırıblar. Qeyd edilən müddətdə 5 şəxs mənzil təminatı, 1 şəxs tibbi yardım, 6 şəxs kiçik biznesin təşkili və 19 şəxs maddi yardımla (avadanlıq və zəruri mebel əşyaları) təmin edilib.

Bu ilin fevral ayından BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən 13 şəxsə mənzil təminatı, 13 şəxsə kiçik biznesin təşkili, 57 şəxsə maddi yardım (avadanlıq və zəruri mebel əşyaları) və 5 şəxsə tibbi yardımla bağlı kömək göstərilib.

Beləliklə, hazırda BMqT könüllü olaraq İsveçrə, Almaniya, Macarıstan, Belçika, Hollandiya, Türkiyə və Latviyadan qayıdan miqrantlara yardım xidmətləri göstərir. Təhsilin artırılması, habelə müvəqqəti mənzil təminatı ilə yanaşı reinteqrasiya yardımının əsas istiqamətlərindən biri könüllü qayıdan şəxslər üçün məşğulluq və ya kiçik biznesin qurulması kimi gəlir gətirən fəaliyyət sahələridir.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO