Siyasi 31.10.2024 22:06

Azərbaycana qarşı “COP29” planı: Bakıya hücumlar haradan edilir? - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qondarma “siyasi məhbus” iddiası Bakıda həbsdə olan separatçılara görədir” adlı süjetdə rəsmi Bakının qlobal iqlim problemlərinin müzakirə edildiyi COP29 tədbirinə hazırlaşdığı vaxt Azərbaycana qarşı beynəlxalq müstəvidə qarayaxma kampaniyasının intensivləşməsindən bəhs olunur.

Bildirilir ki, Azərbaycanda qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi vaxt bəlli qüvvələr bunu siyasiləşdirərək, anti-kampaniya xarakterli hücumlar edir: “Bu 2012-ci ildə Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsi, 2015-ci ildə keçirilən “Avropa oyunları”, eləcə də digər tədbirlər zamanı da olub. Eyni taktika yenidən işə salınıb. COP29-un mahiyyəti iqlim problemləri olsa da, bir sıra Avropa strukturlarında Azərbaycanla bağlı siyasi müzakirələr aparılır və bütün məsələləri məhz iqlim tədbirinə calamağa çalışırlar. Məqsəd Azərbaycana köklənmiş beynəlxalq diqqətdən istifadə edərək, rəsmi Bakıya təzyiq etmək və öz planlarını həyata keçirməkdir. Bu qüvvələr anti-Azərbaycan qüvvələri, eləcə də erməni diasporu və lobbisidir”.

Qeyd olunur ki, Azərbaycana qarşı uydurma iddialar konkret hədəflərə hesablanıb: “Qondarma “siyasi məhbus” iddiası Bakıda həbsdə olan separatçılara görədir. Görünür, beynəlxalq səviyyədə Azərbaycana qarşı aparılan anti-kampaniya ilə rəsmi Bakını İrəvan qarşısında təslim olmağa məcbur etməyi planlaşdırırlar. Bu baxımdan, COP29 tədbiri zamanı, hətta tədbirdən sonra da Azərbaycana qarşı siyasi və informasiya müstəvisində təxribat hücumlarının davam edəcəyi gözləniləndir”.

Sonda vurğulanır ki, bütün bu cəhdlər heç bir nəticə verməyəcək və rəsmi Bakının milli maraqlara uyğun siyasəti dəyişməyəcək: “Bunu ən yüksək səviyyədə verilən bəyanatlar da təsdiq edir. Ermənilər və havadarları nə qədər çalışsa da, separatçılar öz cinayətlərinin cəzasını çəkəcək və Bakı İrəvanın qarşısına qoyduğu tələblərdən imtina etməyəcək. Azərbaycanlılar Qərbi Azərbaycana qayıdacaq, separatçılar isə törətdikləri cinayətlərin cəzasını çəkəcəklər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında oktyabrın 31-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO