Azərbaycanda koronavirusa (COVID-19) 3169 yeni yoluxma faktı qeydə alınıb, 1404 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Rakus.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 26 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 25215 nəfərdir.
Ölkədə son sutka ərzində 13618, hazırkı dövrədək isə 1 576 060 test aparılıb.
Ümumi ölənlərin sayı 1079 nəfərdir.
Ümumi yoluxanların sayı 87163 nəfər, ümumi sağalanların sayı 60869 nəfərdir.