Azərbaycanda koronavirusa (COVID-19) 4356 yeni yoluxma faktı qeydə alınıb, 2517 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Rakus.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 39 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 56550 nəfərdir.
Ölkədə son sutka ərzində 19197, hazırkı dövrədək isə 1837001 test aparılıb.
Ümumi ölənlərin sayı 1632 nəfərdir.
Ümumi yoluxanların sayı 146679 nəfər, ümumi sağalanların sayı 88497 nəfərdir.