Siyasi 20.06.2019 04:48

Azərbaycanda deputatlar, prokurorlar, hakimlər aktivlərini bəyan etmir – GRECO

Avropa Şurasının Antikorrupsiya Qrupu (GRECO) iyunun 18-də yeni hesabat dərc edərək, Azərbaycanın parlament üzvləri, hakimlər və prokurorlar arasında korrupsiyanın qarşısının alınması üzrə tövsiyələri yerinə yetirməsində irəliləyiş olduğunu qeyd edib.

Rakus.az xəbər verir ki, Avropa Şurasının press-relizində bildirilir: “Bu gün iyirmi bir tövsiyədən on üçü qənaətbəxş şəkildə yerinə yetirilib, beş tövsiyə qismən yerinə yetirilib, üç tövsiyə yerinə yetirilməyib”.

Bu tövsiyələr GRECO-nun 2014-cü ildə qəbul edilmiş “Parlament üzvləri, prokurorlar arasında korrupsiyanın qarşısının alınması haqqında” Dördüncü Qiymətləndirmə Hesabatında irəli sürülüb.

“Parlamentarilərə gəlincə, `Deputatların Etik Davranış Qaydaları haqqında` Qanunun və parlamentarilərin Davranış Təlimatının qəbulu müsbət hadisədir,” sənəddə bildirilir. Əvvəlcədən internetdə dərc olunan qanun layihələri üzrə ictimai məsləhətləşmə çərçivələri ilə bağlı da irəliləyiş qeyd edilib.

Qanunvericilikdə parlamentarilərin köməkçi fəaliyyətinə nəzarət nəzərdə tutulsa da, təcrübədə bu, səmərəli deyil. Söhbət deputatların elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olmasını qadağan edən normalardan gedir. Təcrübədə isə deputatlar bununla məşğul olurlar.

Hakimlərə gəlincə, GRECO tövsiyələrin yerinə yetirilməsində irəliləyiş olmamasından narahatdır. Belə ki, Məhkəmə-Hüquq Şurasının tərkibi Avropa standartlarına uyğun şəkildə dəyişdirilməlidir və bu orqan bütün kateqoriya hakimlərin təyinatında iştirak etməlidir. Daimi hakim təyinatı üçün dəqiq, obyektiv və şəffaf meyarlar tətbiq edilməlidir.

GRECO prokurorluğa hədsiz təsirin azaldılmasında müəyyən irəliləyiş olduğunu qeyd edir. Amma bu təsirin aradan qaldırılması üçün daha çox şey tələb olunur.

Bundan başqa, prokurorluq işçilərinin müsabiqə əsasında seçilməsi həyata keçirilir, amma bu, rəhbər vəzifələrə aid deyil.

Hər üç kateqoriyadan olan vəzifəli şəxslərin (parlamentarilər, hakimlər və prokurorlar) aktivlərinin və mülkiyyətinin açıqlanmasına gəlincə, GRECO bəyannamə sisteminin fəaliyyəti üçün siyasi iradə olmamasından narahatdır.

GRECO Azərbaycan hakimiyyətini bu mühüm antikorrupsiya islahatının yekunlaşdırılması və bu qurumun müvafiq tövsiyələrinin yerinə yetirilməsi üçün qətiyyətli tədbirlər görməyə çağırır.

Belə ki, gözləyən tövsiyələrin yerinə yetirilməsi üçün daha çox irəliləyiş tələb olunur, GRECO 31 dekabr 2019-cu ilə qədər Azərbaycan hakimiyyətindən görülmüş tədbirlər haqqında əlavə məlumat gözləyir.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO