Gündəm 12.11.2020 00:03

Azərbaycanda Konstitusiya Günüdür

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya günüdür.

Rakus.az xəbər verir ki, Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 25 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir.

Bu ilki Konstitusiya Gününün bir özəlliyi var. Belə ki, ilk dəfə Konstitusiyamız illərdir düşmən işğalında olan torpaqlarımıza da faktiki olaraq şamil edilir.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi.

Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.

Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.

Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.

Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO