İqtisadi 29.05.2019 00:01

Azərbaycanda yoxsulluq varmı – İQTİSADÇI YORUMLARI - FOTO

Bu həftə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı həmin Komitənin sədri Ziyad Səmadzadə Nigeriyanı misal çəkib. “Nigeriyaya baxsaq, bizdən çox neft hasil edirlər, amma əhalinin 30-40 faizi yoxsuldur”, – o vurğulayıb

Rakus.az xəbər verir ki, komitə sədri 1993-cü ildə Azərbaycanda yoxsulluq 86 faiz olubsa, hazırda 5-6 faizə endirildiyini söyləyib.

İqtisadçı Zöhrab İsmayıl da Ziyad Səmədzadənin bu fikirlərini dəyərləndirərkən deyib ki, Azərbaycan Nigeriya kimi ölkələrlə müqayisə edilə bilər, amma müqayisə bir az dərindən aparılmalıdır.

Z. İsmayıl vurğulayıb ki, Nigeriya neft istehsalına görə dünyada 13-cü yeri tutur (gündəlik 2000 barel) və bu Azərbaycanın istehsalından təxminən 2.4 dəfə çoxdur. İqtisadçı əlavə edib ki, Azərbaycanla müqayisədə Nigeriyanın ərazisi 11 dəfə, əhalisi isə 19 dəfə çoxdur: “190 milyon əhalisi olan Nigeriya ümumən Azərbaycandan çox neft istehsal etsə də, adambaşına neft istehsalına görə, bizdən 10 dəfə geri qalır. Bununla belə bu gün Nigeriyanın bir çox sosial göstəriciləri Azərbaycanı üstələyir. Minimal əməkhaqqı bizdə 106 dollar, Nigeriyada isə 175 dollardır”.

Zöhrab İsmayıl Nigeriyanın əhalisinin 33 faizinin yoxsulluq həddindən aşağı səviyyədə yaşadığını tsədiqləyib və səbəb kimi də onillərlə davam etmiş vətəndaş müharibəsi və korrupsiyanı göstərib: “Amma Beynəlxalq Şəffaflıq Təşkilatının korrupsiyanı qavrama indeksinə görə, Nigeria (144) Azərbaycandan (152) 8 pillə öndədir. Azərbaycanda yoxsulluğun səviyyəsinə gəldikdə, bu barədə rəsmi məlumat (5 faiz) gülüş doğurur və saxtadır. Problem ondadır ki, Azərbaycanda Nigeriyadan fərqli olaraq yoxsulluqla bağlı gerçək məlumatlar gizlədilir. Amma təxminlərə görə, Azərbaycanda da Nigeriyada olduğuğu kimi üç nəfərdən biri yoxsuldur”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO