Siyasi 08.11.2019 08:33

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi bəyanatla çıxış etdi

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi qurumun Daimi Şurasının iclasında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı bəyanatla çıxış edib.

Rakus.az xəbər verir ki, bəyanatda bildirilir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində irəliləyiş yoxdur.

“ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin də təsdiq etdiyi kimi, atəşkəsə ümumilikdə əməl olunur və atışmalar xeyli dərəcədə azalıb. Onlar da səmərəli müzakirələrin aparılması və həll yolu ilə bağlı danışıqlarda irəliləyiş üçün əlverişli atmosferin mövcud olduğunu təsdiqləyirlər. Lakin baxmayaraq ki, pozitiv atmosferi yaranıb, 2018-ci ilin sentyabrından təmas xətti boyunca müşahidə olunan sakitlik  münaqişənin həlli istiqamətində müsbət irəliləyişə çevrilmədi. Faktdır ki, biz bu gün yalnız görüşlər barədə danışa bilirik, hansı ki, həmsədrlərin özlərinin də davamsız və qəbuledilməz adlandırdığı hazırkı işğalın status-kvosunu dəyişməyə imkan verəcək, münaqişənin həlli ilə bağlı substantiv məsələlərin tam hüquqlu müzakirəsinə çevrilə bilmir. Görüşlərin müəyyən intensivliyinə baxmayaraq, Ermənistanın vicdanla danışıqlar aparmaq üçün açıq siyasi istəyinin olmaması prosesin irəliləməsinə mane olmağa davam edir. Bu mənada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyi-Yorkdakı görüşü də məyusedici idi.
Biz bu fikirdəyik ki, bəzi etimad tədbirləri həyata keçirilə bilər. Lakin bunlar danışıqlar prosesində əvəzedici ola bilməz. Xalqların sülhə hazırlanması ilə bağlı bu kiçik addımlar substantiv danışıqlar üçün ilkin şərt kimi irəli sürülə bilməz. Ötən bir il ərzində Ermənistan rəhbərliyinin məsuliyyətsiz çıxışlar və hərəkətlər edərək sülh prosesini pozmağa yönələn davamlı cəhdlərinin şahidi olmuşuq. Beləliklə, Ermənistanın danışıqların formatını dəyişmək cəhdi sülh prosesinə açıq-aşkar təhlükədir”, – deyə bəyanatda vurğulanır.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO