Siyasi 04.02.2023 17:35

Azərbaycanın dövlətçilik əsasları sivill inkişafa söykənir – MƏQALƏ

Azərbaycan, tarixə bəlli olduğu gündən ögey münasibətə, yad baxışa və ən əsası, fəlakətlərə məruz qalıb. Zaman-zaman bu ölkənin başı üzərində qara buludlar yellənib, xəyanət acıları titrəyib. Lakin xalqımız həmişə də öz xilaskarına güvənib, tab gətirib, dözüm nümayiş etdirib…

İyirminci əsrdə də Azərbaycanımızın başı üstündəki xain əllər faciələrə zəmin yaratdı, tarix Xocalı faciəsi, 20 Yanvar hadisəsi kimi acıları dadmaq məcburiyyətində qaldı. Ancaq 1993-cü ildə bu əzablara son qoyuldu, içimizdə çırpınan təlatümlər yavaş-yavaş səngiməyə başladı. Belə ki, müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldi, az zamanda ömrünü xalqa həsr etdi. milləti, dövləti üçün misilsiz xidmətlər göstərdi. Ədbəttə, onun kimi şəxsiyyət heç zaman unudula bilməz.

Bu gün hamı birmənalı etiraf edir ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətləri var. Bu xidmətlərin nələrdən ibarət olduğunu bilmək üçün 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək bəs edir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub…

Elə bugünkü Azərbaycan da Heydər Əliyevin siyasi uğuru kimi mənalandırıla bilər. Bu gün hər kəs ölkə Prezidenti İlham Əliyevin timsalında Ulu Öndərin layiqli davamçısını görür və onun siyasətini qətiyyətlə dəstəkləyir.
Bildiyimiz kimi, ömrünün son günlərində, 2003-cü il oktyabrın 1-də dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində İlham Əliyevi nəzərdə tutub demişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıracaq”.

Həmin il ölkəmizdə keçirilən Prezident seçkilərində xalqımız birmənalı olaraq Ümummilli Liderimizin həyat və siyasət məktəbinin yetirməsinə səs verdi və İlham Əliyev yekdil səs çoxluğu ilə dövlət başçısı seçildi. Həmin vaxtdan ötən 20 il böyük zaman məsafəsi deyil, amma bu dövrdə xalqın, millətin gələcəyi üçün böyük miqyasda işlər görülüb, Azərbaycanda müstəqilliyin dayaqları möhkəmləndirilib və uzunmüddətli siyasi sabitlik, davamlı iqtisadi inkişaf təmin edilib. Ən əsası, ölkədə Azərbaycançılıq məfkurəsi, milli ruh hədsiz yüksəlib, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşı özünə qaytarılıb. Nəticədə, Azərbaycan bu gün dünyanın bütün ölkələri tərəfindən tanınır.

Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmizdə Silahlı Qüvvələrin təkcə müasir silahlarla təchizatı, texniki təminatı deyil, hərbçilərin sosial problemləri də nəzərə alınır və uğurla həll edilir. Bu mənada deyə bilərik ki, həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibəsində Azərbaycanın qəhrəman oğulları böyük nailiyyətlərə imza atdı. 27 sentyabrda başlanan müharibə Ermənistan rəhbərliyinə diz çökdürdü, nəti­cə­də 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya ara­sında tarixi sənəd imzalandı. Azərbaycan bununla bir daha bütün dünyaya öz vahid siyasətini, öz parlaq örnəyini, ordu qurmaq bacarığını nü­mayiş etdirdi. Bu, həm də müasir dövrdə müstəqil siyasət kimi çox çətin bir işin öh­dəsindən layiqincə gələ bilmək əzmidir.

Azərbaycanın dövlətçilik əsasları sivill inkişafa söykənir. Bu gün Azər­bay­can­da yeni-yeni zəfərlər gətirəcək milli inkişafın bitkin nəzəri konsepsiyası, mütərəqqi irəliləyişin Azərbaycan modeli var. Bu modeli şanlı ordumuz 44 gün çəkən Vətən müharibəsində isbat etdi. Bu, həm də onu göstərdi ki, dövlət quruculuğu, torpaq­la­rı­mızın işğaldan tam azad edilməsi, müzəffər Azərbaycan ordusunun qazandığı na­iliy­yətlər cənab İlham Əliyevin fəaliyyət strategiyasında son məqsəd deyil.

Döv­lətin möhkəmləndirilməsi Prezident üçün ən ali vəzifədir.
Bu gün “Qarabağ Azərbaycandır!” şüarı Azərbaycanda qələbə rəmzinə çevrilib. Qələbənin əbədiləşdirilməsi üçün doğma torpaq­larından köçkün düşən insanların Vətənə qayıdışı artıq mərhələli şəkildə başlayıb. Zəngilan rayonunun Ağalı kəndinə gedən insan köçü bu tarixi nailiyyətin bariz ifadəsidir. Əlbəttə, Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətitnə qoşulmasında etibarlı körpü rolunu oynayacaq.

Biz ölkəmizin əsaslı inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da rolunu xüsusi qeyd etməliyik. Onun da uğurlu və parlaq siyasi salnaməsində məhz insanpərvərlik və humanizm prinsipləri əsas prioritetlərdir.

Belə deyək, demokratik cəmiyyətin varlığını təsdiqləyən amillər məhz bu rakursda səciyyələnir.

Müəllif Orxan Orucov

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO