İqtisadi 08.02.2020 10:19

Azərbaycanın investisiya imkanlarından Tokioda danışıldı - FOTO

Fevralın 8-də Tokionun Otemaçi rayonunda yerləşən “Fuji Sankei Hall” biznes mərkəzində təşkil edilən XI Dünya Aktivlərin İdarə Olunması Yarmarkasında Azərbaycanın investisiya imkanlarından danışılıb.

Rakus.az xəbər verir ki, bu barədə investisiyalar üzrə tanınmış ekspert, “Yaponların tanımadığı, sürətlə inkişaf edən ölkə – Azərbaycan” bələdçi kitabının müəllifi Kazuyasu İşida məlumat verib.

Bildirib ki, tanınmış iş adamı Şinobu Naito tərəfindən təşkil olunan yarmarkada əsasən yapon sərmayəçilər üçün maraqlı ola biləcək xarici ölkələr barədə məlumat verilir. Yarmarkada təqribən minə yaxın iş adamı iştirak edir. Tədbir zamanı həmin ölkələrin iqtisadiyyatı, yerli qanunvericilik və bu ölkələrə investisiya qoyuluşu ilə bağlı seminarlar keçirilir. Builki yarmarkada dörd seminar təşkil olunub və onlardan birincisi K.İşidanın təqdimatı ilə baş tutub. Həmin seminarda Azərbaycanın iqtisadi potensialı, həyata keçirilən nəhəng beynəlxalq layihələr, bu ölkəyə investisiya qoyuluşu ilə bağlı mövcud şərait, ölkə rəhbərliyi tərəfindən həyat keçirilən islahatlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, Azərbaycanın turizm obyektləri, mədəni-tarixi abidələri, əsrarəngiz təbiəti və əvəzedilməz mətbəxi barədə danışılıb.

Seminar çərçivəsində K.İşidaya məxsus “YouTube” kanalı barədə də məlumat verilib. Qeyd edilib ki, həmin kanalda Azərbaycan barədə yerləşdirilmiş videomateriallar ölkəmiz haqqında daha çox informasiya əldə etmək istəyənlər üçün maraqlı ola bilər.

Seminardan sonra K.İşidanın müəllifi olduğu “Yaponların tanımadığı, sürətlə inkişaf edən ölkə – Azərbaycan” bələdçi nəşrinin və “Dəyişmək üçün əla yol – bunu bacarmıram” kitabının müəllif tərəfindən imzalanması mərasimi keçirilib. (Azərtac)

 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO