Sosial 21.04.2021 17:42

Azərbaycanın ornitoloji turizm imkanları tanıdıldı - FOTO

Azərbaycanın ornitoloji turizm destinasiyası kimi potensialı Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Avropada ornitoloji (quş müşahidəsi) turizmlə məşğul olan xarici şirkətlər üçün aprelin 20-də keçirilən vebinarda tanıdılıb.

Rakus.az xəbər verir ki, Dövlət Turizm Agentliyindən verilən məlumata görə, vebinarda Azərbaycanda ornitoloji turizmin inkişaf etdirilməsi imkanları, o cümlədən bu istiqamətdə əlverişli məkanlar və mövcud quş növləri haqqında məlumat verilib. Ornitoloji turizmlə maraqlanan yerli və xarici turizm şirkətləri arasında görüşlər keçirilib və fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə yanvar və fevral aylarında ornitoloji turizmə maraq göstərən yerli turizm agentlikləri və Azərbaycan Turizm Bürosunun regional nümayəndələri üçün onlayn təlim keçirilib.

“Quşların müşahidəsinə maraqlı olan turistləri necə qonaq etmək və xidmət göstərmək” başlığı ilə keçirilən təlimdə Azərbaycan Turizm Bürosunun ornitoloji turizmi ilə bağlı planları və inkişaf strategiyası təqdim olunub.

Təlimdə İsveç ornitoloqu, turizm sahəsində uzun illər təcrübəsi olan turizm eksperti, Orta Şərq, Qafqaz və Mərkəzi Asiya Ornitoloji Cəmiyyətinin üzvü Tomas Axen Haraldson spiker kimi çıxış edib.

Təlimdə iştirakçılara, həmçinin Azərbaycanda ornitoloji turizm üzrə müşahidə ərazilərinim xəritəsi, xüsusiyyətləri, həmin ərazilərə aid quş növləri, quş müşahidəçi turistləri üçün tur proqramların nümunələri, quş müşahidəsi təqvimi və digər faydalı məlumatların daxil edildiyi broşur paylanılıb.

Ekoturizmin cəlbedici növlərindən biri olan ornitoloji turizmin ölkəmizdə inkişaf etdirilməsi və təşviqi Azərbaycan Turizm Bürosunun prioritet istiqamətlerindən biri kimi müəyyənləşdirilib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.07.2025 23:48
“Nənəm Vətən həsrətini dilə gətirib ağlayanda ürəyim çat-çat olur” - FOTO - VİDEO
Sosial / 18.07.2025 14:22
Telli sazını baba yurdunda səsləndirmək istəyən Kənan Alıyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.07.2025 23:12
İlham Əliyev Paşinyana Qərbi Azərbaycanla bağlı nələri diktə edib? - VİDEO
Elm və təhsil, Gündəm, Hərbi / 17.07.2025 17:09
Mətbuat Şurasında “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı olub - FOTO
Siyasi / 17.07.2025 16:10
Naxçıvana çıxış, Zəngəzura qayıdış – ANONS - VİDEO
Siyasi / 16.07.2025 23:20
“Biz əvvəllər normal xalq idik, indiki müxalifət görün bizi nə günə salıb” - VİDEO
Siyasi / 16.07.2025 14:17
Kilsə İrəvanı qarışdırır – ANONS - VİDEO
Siyasi, Sosial / 15.07.2025 23:23
Aşağı Kəhriz, Aşağı Kilsə, Aşağı Girətağ – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 18:45
“Ermənistan qlobal kommunikasiya layihəsinin bir hissəsi olmaq üçün ikinci şansını əldən verəcəkmi? - VİDEO
Sosial / 15.07.2025 14:19
Böyük Qarakilsənin qədim yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 13:22
Rusiya mediasında gündəmi erməni lobbisi diktə edir – ANONS - VİDEO
Müsahibə / 14.07.2025 23:06
“Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb” - VİDEO
Mədəni / 12.07.2025 23:32
“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO
Siyasi, Sosial / 11.07.2025 23:28
“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO
Sosial / 11.07.2025 14:22
“Ermənilər heyvanları güllələdilər” – Zaur Sərdarovun “Həyat Hekayəsi” -ANONS - VİDEO
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS 
Müsahibə / 07.07.2025 22:37
“Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar” - VİDEO
Mədəni / 05.07.2025 22:52
“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO
Mədəni, Sosial / 04.07.2025 22:58
“Bakıda doğulsam da, o torpaq məni çox çəkir” - FOTO - VİDEO