Müsahibə 30.09.2025 18:44

“Sülh sazişi ilin sonunadək imzalana bilər”

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı Milli Məclisin deputatı Soltan Məmmədov olub.

O, Azərbaycan Prezdenti İlham Əliyevin Nyu-Yorkda BMT Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirdiyi yüksəksəviyyəli görüşlərdən, Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesindən, dünyada və Qafqazda sülhün bərqərar olmasında Azərbaycanın rolundan danışıb.

Onun sözlərinə görə, Azərbaycan dünyaya ədalətin qalib gələ biləcəyini göstərdi: “Azərbaycanın qlobal iqtisadiyyatda rolu artır. BMT-nin missiyası yerinə yetirilir. Ölkələr dost ola bilər. Azərbaycan ikitərəfli əlaqələrin inkişafında maraqlıdır. Azərbaycanın məqsədi keçmiş münaqişənin ədalətli həllini təmin etmək idi. Bu ilin sonuna qədər sülh sazişi imzalana bilər. Azərbaycanın tələbləri mərhələ-mərhələ həyata keçirilir. Qlobal iqtisadi layihələrin həyata keçirilməsində Azərbaycanın rolu böyükdür. ABŞ və Çin korporasiyaları Azərbaycanla əməkdaşlığa can atır. Türkiyənin gücü və siyasəti bölgədə sülhə yönəlib”.

S.Məmmədov sonda soydaşlarımızın təhlükəsizlik şəraitində Qərbi Azərbaycana qayıdışı ilə bağlı deyib: “Sürgün edilmiş azərbaycanlıların öz vətənlərinə qayıtmaq hüququ var”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə sentyabrın 30-da saat 18:30-da Youtube kanalında rus dilində yayımlanıb.

xxx

«Мирное соглашение может быть подписано до конца этого года» — Хроника Западного Азербайджана  az+rus

Сегодня на Бакинском телевидении в рамках проекта Хроника Западного Азербайджана вышел очередной выпуск на русском языке.

Гостем ведущей Эллады Сарван был депутат Милли Меджлиса Солтан Маммадов.

Он рассказал о встречах, проведённых на высоком уровне президентом Азербайджана Ильхамом Алиевым в Нью-Йорке в рамках 80-й сессии Генеральной Ассамблеи ООН, процессе нормализации отношений между Арменией и Азербайджаном, а также о роли Азербайджана в установлении мира во всём мире и на Кавказе.

По его словам, Азербайджан показал миру, что справедливость может восторжествовать: «Роль Азербайджана в мировой экономике растёт. Миссия ООН выполняется. Страны могут дружить. Азербайджан заинтересован в развитии двухсторонних отношений. Целью Азербайджана было обеспечение справедливого урегулирования прошлого конфликта. Мирное соглашение может быть подписано до конца этого года. Требования Азербайджана реализуются шаг за шагом. Азербайджан играет большую роль в реализации глобальных экономических проектов. Американские и китайские корпорации стремятся сотрудничать с Азербайджаном. Мощь и политика Турции направлены на мир в регионе». В заключение С.Маммадов сказал относительно безопасного возвращения наших соотечественников в Западный Азербайджан: «Изгнанные азербайджанцы имеют право вернуться на родину».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названий наших исторических и древних земель, и предоставление информации о депортации азербайджанцев  армянами, о стертых названиях топонимов, существовавших на этих территориях, о бесчисленных образцах материальной культуры – древних поселениях, некрополей, курганов, остатков замков, дворцов и укреплений, караван-сараев, мостов, гробниц-саркофагов, хачкаров, каменных изваяний лошадей и баранов, храмов, церквей, мечетей, святых очагов, а также информирование мировой общественности о фактах, подтверждающих, что эта территория является чисто тюркско-огузским поселением.

Также придерживаясь мнения Президента Ильхама Алиева о Западном Азербайджане: “Карта начала XX века еще раз показывает, что Западный Азербайджан — это историческая земля Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы прекрасно знаем, что азербайджанский народ на протяжении всей истории проживал на территории нынешней Армении. Сейчас главная задача – донести это до мировой общественности”, содействовать решению задач, вытекающих из “Концепции возвращения”, подготовленной Общиной Западного Азербайджана.

Кроме того, данный проект призван осветить мысли историков и исследователей о Западном Азербайджане и истории жизни людей, подвергшихся депортации.

Передача вышла в эфир 30 сентября в 18:30 на YouTube-канале Baku TV.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər”
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 11:00
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir
Siyasi, Sosial / 23.09.2025 22:01
Aşirabad və Aşnak toponimi – türk tarixinin izi - VİDEO
İqtisadi, Müsahibə / 23.09.2025 18:35
“Ermənistanın kənd təsərrüfatı məhsulunun 70%-ni azərbaycanlı əhali təmin edib” - FOTO - VİDEO
Sosial / 23.09.2025 14:22
Adı V əsrdə xatırlanan kənd – ANONS - VİDEO