İqtisadi 23.11.2019 18:34

Azərbaycanın təşəbbüsləri həmişə ABŞ-da dəstəklənib – nazir

ABŞ-da səfərdə olan Energetika naziri Pərviz Şahbazov Ağ Evin Milli Təhlükəsizlik Şurasında Beynəlxalq İqtisadiyyat, Enerji və İqlim üzrə Baş direktoru Vels Qriffit ilə görüşüb.

Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə iki ölkə arasında yüksək səviyyədə olan əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edilib. Enerji sahəsində tərəfdaşlığın töhfələri kimi “Əsrin müqaviləsi”nin, BTC və Cənub Qaz Dəhlizi layihələrinin enerji təhlükəsizliyinin təminatında və enerji təchizatının şaxələndirilməsindəki strateji rolundan bəhs edilib.

P.Şahbazov deyib ki, 25 illiyi qeyd edilən “Əsrin müqaviləsi”nin imzalanmasında ABŞ şirkətlərinin də təmsil olunub.

“ABŞ şirkətlərinin də təmsil olunduğu “Əsrin müqaviləsi”nin imzalanması ilə ümummilli lider Heydər Əliyevin neft strategiyasının əsası qoyulub, bununla da Azərbaycan enerji tədarükçüsünə çevrilib. Azərbaycanın bölgədə sabitlik və inkişaf üçün mühüm əhəmiyyət daşıyan enerji sahəsində bütün təşəbbüsləri həmişə ABŞ-ın ardıcıl dəstəyi ilə təmin olunub. Biz bu dəstəyi bu gün də “Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında həyata keçirilməsində görürük. Bu dəstəyə görə Azərbaycan hökuməti adından ABŞ hökumətinə təşəkkür edirəm”, deyə nazir bildirib.

Azərbaycanın qlobal enerji təhlükəsizliyi məsələlərində rolunu xüsusi qeyd edən Ağ Ev rəsmisi Azərbaycanla bu sahədə əməkdaşlığın yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə, həmçinin energetika sektorunda islahatlar prosesi, bərpa olunan enerji sahəsinin inkişafı ilə əlaqədar planlar müzakirə edilib. ABŞ-ın bərpa olunan enerji sahəsində təcrübəsinin öyrənilməsinin vacibliyi bildirilib. Vels Qriffit ABŞ-ın zəngin təcrübəyə, texniki imkanlara və müasir laboratoriyaya malik enerji departamenti ilə əməkdaşlığın səmərəli olacağını diqqətə çatdırıb.

Görüşdə iki ölkə arasında enerji əməkdaşlığının perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO