Rakus.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda Lixtenşteyni qəbul edib.
Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilən qarşılaşma Azərbaycan komandasının 1:0 hesablı qələbəsi ilə bitib. Görüşdəki yeganə qolu 65-ci dəqiqədə Barış Ekincier vurub.
Bu nəticədən sonra Azərbaycan millisi 6 oyundan sonra 6-cı xalını qazanıb, rəqibin isə 5 matçdan sonra 3 xalı var. U-21 noyabrın 19-da “Dalğa Arena”da yoldaşlıq matçında Ukrayna ilə üz-üzə gələcək.