Siyasi 31.05.2020 10:26

Azərbaycanla bağlı bəyanat verdilər

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri, konqresin Təxsisatlar komitəsinin və Helsinki komissiyasının üzvü, konqresmen Robert Aderholt (Respublikaçı – Alabama), həmçinin Konqresin Xarici işlər komitəsinin üzvü Stiv Şabot Konqresdə Azərbaycanın Respublika Günü münasibətilə təbrik bəyanatları veriblər.

Rakus.az xəbər verir ki, mayın 27-si və 28-də verilən bəyanatlar ABŞ Konqresinin rəsmi saytında dərc edilib.

Bəyanatında Azərbaycanın Sovet İttifaqı tərəfindən işğal edilməsinə baxmayaraq, 70 il sonra – 1991-ci ildə müstəqilliyini bərpa etdiyini diqqətə çatdıran Robert Aderholt Respublika Gününün ölkənin İsraillə münasibətlər, enerji təhlükəsizliyi və bölgədə sabitlikdə xüsusi rolu daxil olmaqla, müsbət tərəflər haqqında düşünmək üçün yaxşı vaxt olduğunu vurğulayıb.

R.Aderholt əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda çiçəklənən və təhlükəsiz vəziyyətdəki yəhudi icmasına ev yiyəliyi etdiyini və Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin möhkəm olduğunu bildirib.

Bundan başqa, bəyanatda Azərbaycanın Xəzəryanı bölgənin Rusiya neftindən asılılığını azaltmağa çalışdığı diqqətə çatdırılıb.

R.Aderholt həmçininn Azərbaycanın ABŞ və NATO qüvvələrinə dəstəyini də vurğulayıb.

Sonda Azərbaycanın strateji regionda ABŞ-ın vacib partynoru olduğu bildirilib.

Konqresmen Stiv Şabot (Respublikaçı – Ohayo) öz növbəsində Azərbaycanı bölgədə mühüm tərəfdaş adlandırır və ölkəmizin müstəqil dövlət kimi öz ənənəsini qoruduğunu diqqətə çatdırır.

Azərbaycanın 1918-ci ildə müstəqilliyini elan edərkən müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası qurduğunu vurğulayır.

Azərbaycanın qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən olduğu, demokratik ənənələrin universal tətbiqinin mümkünlüyünü İslam dünyasında nümayiş etdirdiyini bildirilir. Azərbaycanın müstəqilliyinə totalitar SSRİ tərəfindən son qoyulduğuna təəssüf ifadə olunur və ölkəmizin müstəqilliyinin bərpa edilməsindən sonra ABŞ tərəfindən tanındığı qeyd edilir.

Bugün, Azərbaycanın ABŞ və onun müttəfiqləri üçün yaxın tərəfdaş olduğu, ABŞ-ın Əfqanıstanda səylərində və terrorçuluq ilə qlobal mübarizədə ölkəmizin yaxından iştirak etdiyi, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolu barədə məlumat verilir. Azərbaycanın müsəlman ölkəsi kimi ABŞ-ın müttəfiqi olan İsrail ilə güclü dostluğa malik olduğu və yəhudi icması ilə qüvvətli əlaqələri diqqətə çatdırır.

Bəyanatın sonunda, Konqres üzvü Stiv Şabot Azərbaycanın ABŞ-la dostluq münasibətlərinə sadiqliyini vurğulayır və digər Konqres üzvlərini ölkəmizin Respublika Günü münasibətilə təbrik etməyə çağırır.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO