“Azərbaycanla iqtisadi əlaqələri genişləndirməkdə qərarlıyıq” – iranlı nazir
“İran ilə Azərbaycan iqtisadi əlaqələrin daha da genişləndirilməsində qərarlıdır”.
Rakus.az xəbər verir ki, bunu İranın İqtisadi İşlər və Maliyyə nazirinin müa Mahmud Müsəvi deyib.
Parsabad əyalətində səfərdə olan nazir müavini iş adamları ilə görüşündə bildirib ki, iki qonşu və dost dövlətin qərarı ilə bu əyalətdə sənaye şəhərciyi salınacaq. Azərbaycanlı iş adamları ilə yanaşı, yerli sahibkarlar da buraya sərmayə yatıra bilərlər. Onun sözlərinə görə, sənaye şəhərciyinin yeri təsadüfən seçilməyib. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizinə daxil olan dəmir yolu xətti bu ərazidən keçəcək ki, bu da istehsal olunacaq ixrac və idxal mallarının daşınmasını asanlaşdıracaq.
O, İran-Azərbaycan əlaqələrinin gələcəkdə daha inkişaf edəcəyini bildirib: “Hər iki dövlətin başçısı xalqın mənafeyini rəhbər tuturlar”.