Siyasi 01.11.2019 15:12

Azərbaycanlı deputat erməni parlamentarini susdurdu

Oktyabrın 30-31-də Ukraynanın paytaxtı Kiyev şəhərində Avronest PA-nın Büro iclası keçirilib. İclasda ölkəmizi Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Sahibə Qafarova təmsil edib.

Rakus.az xəbər verir ki, millət vəkili iclasda müzakirə olunan məsələlərlə bağlı çıxış edib, həmçinin Azərbaycanda demokratik təsisatların inkişafı, ölkəmizin insan hüquq və azadlıqlarının qorunması sahəsində əldə etdiyi nailiyyətlər, o cümlədən, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına töfhələri barədə məlumat verib.

Qeyd edək ki, iclasda Ermənistan təmsilçisi də çıxış edib. O, işğalçı ölkədə demokratik azadlıqların, insan hüquqlarının qorunması sahəsində vəziyyət, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətdən uzaq fikirlər bildirib. Ondan dərhal sonra söz alan Sahibə Qafarova Ermənistan təmsilçisinin həqiqətdən uzaq fikirlərinə cavab verib. “Erməni siyasətçi burada həqiqətdən uzaq məlumatlar verdi, mən isə sizə əsl həqiqətləri ifadə edəcəyəm”, – deyən S.Qafarova bildirib ki, Ermənistan işğalçı dövlətdir və bu gün də işğalçılıq siyasətindən əl çəkmək istəmir. “Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü ölkəmizin ərazisinin 20 faizinin işğalı və minlərlə insanın, o cümlədən qadın və uşaqların öldürülməsi, 1 milyondan çox insanın doğma torpaqlarını və evlərini tərk etmək məcburiyyətində qalması ilə nəticələnib. BMT, Avropa Parlamenti, ATƏT və digər beynəlxalq təşkilatlar münaqişənin ədalətli həlli və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı qətnamələr qəbul edib. Həmin sənədlərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və Ermənistanın etnik təmizləmə siyasəti pislənilir, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Elə bu günlərdə Bakıda keçirilən

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının VXIII Zirvə görüşünün yekununda qəbul olunan sənədlərdə də 120 dövlət Ermənistanı işğalçı ölkə kimi tanıyıb və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Ermənistan isə bütün beynəlxalq təşkilatların qətnamələrinə və beynəlxalq çağırışlara məhəl qoymayaraq sülh danışıqlarını pozmaqda davam edir və işğalçılıq siyasətindən əl çəkmir. Bu mənada Nikol Paşinyan da özündən əvvəlki rejim başçılarından heç nəyi ilə fərqlənmir”,- deyə Sahibə Qafarova qeyd edib.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO