Müsahibə 15.04.2024 22:41

“Azərbaycanlı kadrlara böhtan atır, şərləyir, həbs edirdilər” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi  araşdırmaçı jurnalist, publisist Səyyad Ağbabalı olub. O, doğulub boya-başa çatdığı Ağbaba mahalından, İlanlı – Çaybasar kəndindən söhbət açıb. Bildirib ki, Qərbi Azərbaycanda əsirlikdə qalan, yandırılan, dağıdılan yüzlərlə yaşayış məntəqəsinin sakinləri kimi, onun üçün də doğma kənddə keçirdiyi günlər əzizdir, unudulmaz xatirələrdir. Müsahib Vətən həsrəti ilə yaşadığını, yuxularında tez-tez Çaybasara getdiyini dilə gətirib.

Bolşevik, kommunist libasına bürünən daşnakların Qərbi Azərbaycandakı soydaşlarımıza münasibətindən danışan S.Ağbabalı deyib ki, ötən əsrin 1918-1920-ci illərində, eləcə də sovet hakimiyyəti dövründə ermənilər azərbaycanlılara qarşı kütləvi qətliamlar törədib, insanları öz ata-baba yurdundan didərgin salıblar. O, babasının, onun qardaşlarının, bacısı oğlunun da ermənilər tərəfindən qətlə yetirildiyini söyləyib. Qeyd edib ki, sovet hakimiyyəti illərində İslam fundamentalizminə qarşı mübarizə adı altında soydaşlarımız təqib olunublar. Belə ki, perspektivli azərbaycanlı kadrlara böhtan atılıb, şərlənib, həbs edilib, həmçinin “qolçomaq” kimi Vətəndən sürgün olunublar.

SSRİ dövründə erməni millətçilərinin qondarma soyqırımı təbliğatı apardıqlarını xatırladan S.Ağbabalı deyib ki, bu “ideologiyanın” təsiri altında olanlar azərbaycanlılarla çox pis rəftar ediblər. Belə münasibət 1980-ci illərdə daha da kəskinləşib. Hətta ermənilər birinci katib İldırım Bağırovu vəhşicəsinə döyüblər. Fiziki-mənəvi işgəncələrdən canını qurtarmaq üçün Qərbi Azərbaycandan 1988-ci ildə köçən dinc əhalinin qarşısı kəsilib, bəzisi qətlə yetirilib, bir qisminin isə malı-mülkü məhv edilib.

Araşdırmaçı jurnalist qeyd edilənlərə nümunə kimi, Qanlıca kəndi ərazisində 15 ailənin köçünün ermənilər tərəfindən yandırılmasını, rayon daxili işlər şöbəsinin əməkdaşı Arif İsgəndər oğlu Məmmədovun, Qaraçanta kənd sakini Arzu İsfəndiyar oğlu Haqverdiyevin güllələnərək öldürülməsini göstərib. Deyib ki, belə faktlar çoxdur.

S.Ağbabalı ümummilli lider Heydər Əliyevin SSRİ dövründə və müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə Qərbi Azərbaycandan olan soydaşlarımıza böyük diqqət və qayğı ilə yanaşmasından, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin tarixi torpaqlarımıza qayıdış strategiyasının müəllifi olmasından, bu istiqamətdə atılan addımlardan da danışıb. Bildirib ki, başlıca hədəf, əsas məqsəd Qərbi Azərbaycana dönməkdir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş aprelin 15-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

 

XƏBƏR LENTİ
Müsahibə / 15.04.2024 22:41
“Azərbaycanlı kadrlara böhtan atır, şərləyir, həbs edirdilər” - FOTO - VİDEO
Hadisə, Maraqlı / 13.04.2024 22:28
“Erməni türkün toplarının qorxusundan azərbaycanlılara zərər verməyib” - FOTO - VİDEO
Sosial / 13.04.2024 11:22
“KQB sədri mənə dedi ki…” – Zahid Həsənovun “Həyat Hekayəsi” - VİDEO
Siyasi, Təhlil / 12.04.2024 22:17
Erməni mediası: “Qərb Ermənistanı müharibə mərhələsinə sürükləyir” - FOTO - VİDEO
Gündəm, Hərbi / 12.04.2024 11:22
“Müharibə başlasa, Azərbaycan üçün risklər varmı?” - VİDEO
Siyasi / 11.04.2024 22:14
“Dəmiryolu vağzalında sonlanan parlaq ömür” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2024 14:36
Əli Hüseynli Yevlaxda 3 kəndin sakinləri ilə görüşüb - FOTO
Maraqlı, Sosial / 10.04.2024 22:15
“Azərbaycanlıların Qaranlıq rayonundan çıxarılma planı” - VİDEO
Sosial / 10.04.2024 13:23
“Ermənilərin Qaranlq oyunbazlığı” – ANONS - VİDEO
Mədəni, Sosial / 09.04.2024 22:53
“Ağbabada toy günü qayınana ilə qayınata gəlin üçün güləşirdi” - FOTO - VİDEO
Hərbi, Müsahibə / 09.04.2024 18:52
“Ermənilərə görə, azərbaycanlı traktorçu, erməni tankçı olmalı idi” - VİDEO
Elm və təhsil, İqtisadi / 09.04.2024 16:41
ATMİA Bakıda italiyalı memarın iştirakı ilə seminar təşkil edib - FOTO
Müsahibə, Video müsahibə / 09.04.2024 13:25
“Ermənilər türklərin sayəsində sağ qalıblar” – ANONS
Müsahibə, Video müsahibə / 08.04.2024 22:40
“Ermənistan adlı bir qurum hüquq nöqteyi-nəzərindən qeyri-qanunidir” - FOTO - VİDEO
Siyasi / 08.04.2024 17:15
ABŞ və Aİ-ni regionda vəziyyəti gərginləşdirməməyə çağırırıq – BƏYANAT
İdman / 08.04.2024 09:58
Nərimanlı gəncləri ilə görüş - FOTO
Siyasi / 06.04.2024 22:16
Ermənilər irəvanlı ictimai xadimin zorla köçməsinə səbəb oldu - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 05.04.2024 22:09
“Kəndimizə getsəm dizlərimi yerə qoyub torpağımı öpəcəm” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 05.04.2024 13:45
“Nüvədiyə nəvələrimlə gedəcəm” – Sədaqət Həsənovanın “Həyat Hekayəsi” - VİDEO
Siyasi, Təhlil / 04.04.2024 22:51
“Ermənistan ərazisi 10 min kvadrat kilometrədək azala bilər” - FOTO - VİDEO
Siyasi / 04.04.2024 12:21
Ermənistan ətrafında çəmbər daralır – ANONS - VİDEO
Mətbuat, Sosial / 04.04.2024 11:40
Ardanış – o kənd bizim kəndimizdir - VİDEO
İqtisadi / 04.04.2024 11:15
Şəhanə Sarı: “ATMİA ölkəmizdə ilk dəfə İnşaat Həftəsinə start verib” - FOTO
Maraqlı, Siyasi, Sosial / 03.04.2024 22:10
“Qarakilsə niyə Sisavan və sonra Sisian adlandırıldı?” - VİDEO
Maraqlı, Sosial / 03.04.2024 12:39
Hayların 38 kəndi xarabalığa çevirdiyi rayon – ANONS - VİDEO
Maraqlı, Siyasi, Sosial / 02.04.2024 21:51
İrəvan şəhərində sensasiyalı tapıntı – xanın şəxsi əşyaları tapıldı - FOTO - VİDEO