Siyasi 26.01.2024 20:38

“Atam bacılarımı çıxarmaq üçün bağını erməni qonşusuna verdi” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Aprelin 24-də ermənilər bizim qarşımızı həmişə kəsirdilər” adlı veriliş Qərbi Azərbaycanın Zəngəzur mahalının Qacaran (Qafan) şəhər sakini Səməni Qəmbərovanın həyat hekayəsinə həsr olunub.

O, dağların arasında yerləşən balaca qəsəbə tipli şəhər olan Qacaranda ermənilərin və azərbaycanlıların yaşadığını, Azərbaycan dilində  Qacaran 3 nömrəli orta məktəbə oxuduğunu, adət-ənənələri, ana dilini orada öyrəndiklərini deyib: “Ana dili müəllimim atam Qəmbərov Şahsuvar olub. O Qacaranda ana dilini bütün insanlıara sevdirib, oradakı azərbaycanlıları hərtərəfli yetişdirib”.

Onun sözlərinə görə, ermənilər bizə heç vaxt azərbaycanlı deməyib, həmişə tork  deyirdilər: “Uşaqkən pianino məktəbinə getmək istəyirdim. Mən azərbaycanlı olduğuma görə götürmədilər. Getdik dəfələrlə imtahan verdik, amma qoymadılar. Rus məktəbində oxumaq istəyirdik, azərbaycanlıları götürmürdülər”.

S.Qasımova uşaqlıq və məktəb illərində oynadıqları oyunları, Novruz bayramında milli paltarlar geyindiklərini, qızlarla qapıları pusar, odun üstündən tullandıqlarını xatırladıb: “İqlim şəraiti sərt və çətin idi. Aprelin 24-də ermənilər bizim qarşımızı həmişə kəsirdilər. Biz öz uşaqlarımızla birlikdə gəlirdik ki, bir-birimizi qoruyaq. Ermənilərlə həmişə həmin gün bizim davamız olurdu. Qacaran şəhərində başqa bir işlə təmin olunacaq yer yox idi. Ona görə də biz azalırdıq. Hər bir oxuyub-bitirən Bakıya gəlirdi, instituta girirdi, təhsil alırdı, amma geri dönüş yox idi. Müəllimdən başqa heç kim geri dönüb işlə təmin oluna bilməzdi. Qacaranda yerlərin hamısının adı Azərbaycan adları idi. Yenidən doğma yurduma qayıtsam məktəbimə gedərdim, ən yaxşı müəllimlərimizi  görərdim. Ora bizim birləşmə yerimiz idi, bütövləşmə yerimiz idi”.

O deyib ki, Azərbaycan dilini və oradakı insanları Vətənə, torpağa sevgisini öyrətdiyi üçün ermənilər atamı həmişə düşmən gözündə görürdülər: “Mənim 2 qardaşımı onlar orda doğar-doğmaz öldürüblər ki, bir müəllimin əlində silah götürəcək oğlu olmamalıdır. Bizim ibtidai sinif müəllimimiz Xankişi müəllimin 2 oğlan övladını itələyib Mis-Molibden Kombinatından axan çay kanalına salıb öldürmüşdülər. Babamgil 4 qardaş olub. Onlar o vaxt ermənilərlə mübarizə aparıblar ki, kəndlərində yerləşməsinlər. Sovet hakimiyyəti dönəmində o qardaşları ermənilərə qarşı mübarizə apardıqları üçün tutub hamısını erməni vəhşiliyi ilə məhv ediblər”.

Qaçqınlıq dövründən söz açan S.Qasımova 1988-ci ilin qış aylarında Qacarandan çıxmaq istəmədikləri vurğulayıb: “Bütün şəhər boşalmışdı. Qarabağdan da, çoxlu ermənilər gəlib azərbaycanlılara təzyiq edirdilər, qapıların döyüb qovalayırdılar. Atam uşaqları çıxarmaq üçün bağını erməni qonşusuna verir ki, maşın gətirsin.  Bacılarımı maşına Zəngilana gətirir və özü yenidən qayıdır. Sonra atamı və anamı rus əsgərləri Qacarandan çıxarırlar”.

Onun sözlərinə görə, Vətənə başlı olan hər şey dəyərlidir: “Çox istəyərəm ki, biz doğulduğumuz yerə dönək. Biz o torpaqda dəfn olunmalıyıq. Biz o torpağa aidik. Əminəm ki, biz bir gün Zəngəzurda görüşəcəyik, uşaqlığımıza qayıdacayıq, bizə aid olan torpaqları mənimsəyəcəyik və bu Vətən nisgilini içimizdin siləcəyik”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 26-da saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Mətbuat / 30.01.2024 20:31
Erməni jurnalistin etirafı: “Bu gün əsl İrəvandan heç nə qalmayıb” - FOTO - VİDEO
Mədəni, Video müsahibə / 30.01.2024 19:21
“Qərbi Azərbaycanda erməni kilsəsinə çevrilmiş çoxlu alban kilsələri var”- MÜSAHİBƏ - VİDEO
Gündəm / 30.01.2024 17:18
Bünyad Hüseynov etimadnaməsini Çin lideri Si Cinpinə təqdim etdi
Mədəni / 30.01.2024 16:54
Aşıq İsa yadigarı – ömrünü saza bağlayan adam
Mədəni / 30.01.2024 13:54
“Ermənilər Alban kilsəsinin əlyazmalarını məhv ediblər” – ANONS
Müsahibə, Video müsahibə / 29.01.2024 21:06
“Orxan Qərbi Azərbaycanı görməsə də, o yerlərə qayıtmaq ümidi ilə yaşayıb” – MÜSAHİBƏ - VİDEO
Maraqlı / 27.01.2024 20:22
Evli kəndi – “Gor oğlu” irsini yaşadan yurd yeri”- Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.01.2024 11:18
“Daşaltı əməliyyatı”ndan 32 il ötür - FOTO
Siyasi, Sosial / 26.01.2024 20:38
“Atam bacılarımı çıxarmaq üçün bağını erməni qonşusuna verdi” - FOTO - VİDEO
Siyasi / 26.01.2024 16:27
AŞPA platformasında baş verənlər Ermənistanı revanşizmə həvəsləndirir – Əli Hüseynli
Təhlil / 26.01.2024 16:06
Ermənistanda böyüyən ziddiyyət: davam edən hökumət-kilsə qarşıdurması – TƏHLİL
Maraqlı, Sosial / 26.01.2024 13:57
“Bir gün Zəngəzurda görüşəcəyik…” – Səməni Qəmbərovanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Dünya, Siyasi / 25.01.2024 21:04
Erməni deputat: “Azərbaycanlıların İrəvana, Göyçəyə, Zəngəzura qayıdışını da qəbul edəcəklər” - FOTO - VİDEO
Siyasi / 24.01.2024 20:26
Ərtikdə türk izlərinin itirilməsi planı - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.01.2024 17:53
Ermənistanın şifrəli inadkarlığı – üçüncü tərəflərin rolu – TƏHLİL
Maraqlı, Sosial / 24.01.2024 13:28
Ərtik – türk-oğuz boylarının ana yurdu – ANONS - VİDEO
İqtisadi, Sosial / 23.01.2024 20:53
Erməni araşdırmaçı Qərbi Azərbaycana gəlmə olduqlarını faktlarla təsdiq etdi - FOTO - VİDEO
İdman / 23.01.2024 20:16
“Finalda qalib gəldim erməni soyadlı sertifikat verdilər” – MÜSAHİBƏ - VİDEO
Təhlil / 23.01.2024 17:26
Tehranın Ankaraya qarşı PKK oyunu – TƏHLİL
İdman / 23.01.2024 14:16
“Ermənistanın ən yaxşı boksçusu oldum” – ANONS - VİDEO
İqtisadi, Maraqlı / 23.01.2024 13:00
Qərbi Azərbaycan 1828-ci ildən necə erməniləşdirilib? – ANONS - VİDEO
Siyasi / 23.01.2024 11:25
Jozep Borrelin Azərbaycana qarşı qərəzli mövqeyi təəssüf doğurur – BƏYANAT
Müsahibə, Video müsahibə / 22.01.2024 21:08
“Böyük aktorların türk varlığına son qoymaq siyasəti iflasa uğradılıb”-MÜSAHİBƏ - VİDEO
Mətbuat / 22.01.2024 17:00
Baku TV Ailə TV-nin rəqəmsal yayımında da izləniləcək
Dünya, Təhlil / 22.01.2024 16:07
Yaxın Şərq – İran və onun qrupları ABŞ və müttəfiqləri ilə üz-üzə – TƏHLİL - FOTO
İdman / 22.01.2024 12:12
“Diqqəti yalnız yeniyetmələrə yönəltmişəm” – Rəşad Hüseynov