Maraqlı 05.04.2019 00:20

Azərbaycanlı Şənnen ABŞ-da MƏŞHURLAŞDI - FOTO

Master Chef Junior Amerikanın ən çox izlənən uşaq yarışmalarından biridir.

Rakus.az xəbər verir ki, artıq 6 ildir Fox kanalında yayımlanan verilişin əsas münsifi britaniyalı məşhur aşbaz Qordon Ramseydir. Yarışmanın builki sezonuna ilk dəfədir azərbaycanlı iştirakçı qatılıb. Doqquz yaşlı Şənnen seçmələrdə 1000 uşağın içindən seçilib və yarışa qatılan 24 nəfərdən biri olub.

Şənnenin anası azərbaycanlı, atası isə banqladeşlidir.

Beynəlxalq ailənin övladı olaraq Şənnen hər zaman evdə dadlı yeməklərin bişməsindən ilham alıb: “7 yaşımda yemək hazırlamağa maraq saldım. Yemək bişirməyi ona görə sevirəm ki, mənə yeni şeylər öyrədir. Mətbəx də məktəb kimidir. Səhvlərindən nəticə çıxara bilirsən.”

Şənnenin ustalıqla bişirməyə olan həvəsi anası İlahə xanımın Azərbaycandan uzaqda tez-tez milli yeməklər hazırlamasından gəlir: “Azərbaycan yeməkləri hazırlamağı sevirəm. Həmişə mətbəxdə anamı görəndə yanına gəlirdim ki, mənə də göstərsin, necə bişirdiyini öyrətsin. Ən sevdiyim yeməklər isə xəngəl, düşbərə, kababdır”, o deyib.

Master Chef Junior təcrübəsindən çox şey qazandığını söylədi: “Neçə ildir ki, bu verilişi izləyirdim. Anam bir gün təklif etdi ki, bəlkə qatılım. Çox böyük həvəslə qatıldım. Los Ancelesdə olmağı çox sevdim, Hollivud inanılmaz gözəl idi. Böyüyəndə aktrisa olmaq istəyirəm, ona görə də indidən Holivudda verilişə çəkilmək mənim üçün əla fürsət oldu.“

İlahə və Ənvərin böyük ailəsi

Şənnen yemək bişirməkdən başqa boş vaxtlarında aktyorluq və rəqs dərsləri alır. Eləcə də, demək olar ki, hər yay böyük ailəsiylə Azərbaycana və ya Banqladeşə səyahət edir. (Amerikanın səsi)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO