Azərbaycanlılar İrəvanda və Göyçə sahilində məskunlaşacaq – ANONS - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, “Azərbaycanlılar İrəvanda və Göyçə sahilində məskunlaşacaq” – Masada hansı sənəd müzakirə edilir? adlı süjetdə bu il mayın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin bu il mayın 1-də Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” adlı VI Ümumdünya Forumunda çıxışı zamanı bildirdiyi “Ermənistanla sülh danışıqları Azərbaycanın hazırladığı sənəd əsasında aparılır” fikrinə yer verilir. Bildirilir ki, söhbət rəsmi Bakının 44 günlük müharibədən sonra İrəvana təqdim etdiyi 5 bənddən ibarət olan sənəddən gedir.
Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında mayın 16-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.