Siyasi 28.03.2024 22:01

“Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaq, burada muxtariyyət yaradılacaq” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib” adlı süjetdə B[ywk Britaniyanın Baş naziri Rişi Sunakın “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı məktubunda Azərbaycan və Ermənistan arasında sülh sazişinin bu ilin noyabr ayında imzalanacağına dair mesajından bəhs olunur.

Bildirilir ki, R.Sunakın eyni mesajı XI Qlobal Bakı Forumu ilə bağlı Prezident İlham Əliyevə ünvanlandığı məktubda da yer alır: “Azərbaycan özünün gələcəyi ilə bağlı yol kəsişməsindədir. Hazırda Ermənistanla münaqişəyə son qoymaq üçün tarixi fürsət var. Bu ilin noyabrında sülh sazişi imzalandığını görmək sevindirici olardı”.

Qeyd olunur ki, verilən mesaj sıradan “sülh çağırışı” olsaydı, konkret tarix qeyd olunmazdı: “Sülh sazişinə dair konkret tarixi Böyük Britaniyanın – qlobal proseslərə yön verən, Cənubi Qafqazdakı proseslərə digər Qərb ölkələrindən fərqli yanaşan və bir çox məsələdə rəsmi Bakının gündəliyini dəstəkləyən bir ölkənin baş naziri açıqlayır”.

Süjetdə diqqətə çatdırılır ki, Ermənistanın Zəngəzur dəhlizi layihəsindən imtina etməsi, münasibətlərin normallaşması perspektivini sual altına salması, həmçinin Qərbi azərbaycanlıların beynəlxalq hüquqa uyğun tarixi yurdlarına təhlükəsiz qayıdışına mane olması Sülh Sazişinin noyabr ayına qədər imzalanması perspektivi zəif görünür: “Lakin İrəvanda ekspertlərin açıqlamaları gələcək prosesin Ermənistan üçün gözlənildiyindən daha ağrılı ola biləcəyini önə çıxarır. Erməni türkoloq Varujan Qeqamyan iddia edir ki, Türkiyə nümayəndə heyəti Sünikə (Zəngəzur) Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib. Bu, muxtariyyət statusuna bərabərdir. Çox güman ki, yaxın gələcəkdə azərbaycanlıların bu bölgəyə qayıtması təmin ediləcək və Sünikə (Zəngəzur) xüsusi status veriləcək”.

Qafqaz üzrə erməni ekspert Karen İgityan hesab edir ki, Kalininqrad modeli Sünik və ya onun bir hissəsinin Ermənistandan ayrılması deməkdir: “Mümkündür ki, türklər Sünikin Ermənistandan ayrılmasını planlaşdırırlar”.

Azərbaycanşünas ekspert kimi təqdim edilən Tatevik Ayrapetyan isə düşünür ki, Azərbaycan işğal altında qalan 8 kəndin qaytarılmasından sonra Qərbi Zəngəzurdan keçən bütün yollara nəzarəti tələb edəcək.

Sonda vurğulanır ki, cəmi 44 gündə Qarabağ kimi mürəkkəb problemi öz suverenliyi çərçivəsində həll edən Azərbaycan dövləti hər şeyə qadirdir: “Buna görə Qərbi azərbaycanlılar zorla çıxarıldıqları evlərinin açarlarını sandıqdan çıxararaq, Böyük Qayıdış gününə hazırlaşmalıdırlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında martın 28-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO