Siyasi 20.05.2019 14:38

Əlaqələndirmə şuraları təsis edildi - FOTO

Madriddə İspaniya və Portuqaliyada yaşayan azərbaycanlıları əlaqələndirmə şuralarının təsis yığıncağı keçirilib.

Rakus.az xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti, Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov, İspaniyada və Portuqaliyada yaşayan həmvətənlərimiz, diaspor təşkilatlarının fəalları iştirak ediblər.

Yığıncağın əvvəlində Azərbaycanın dövlət himni səslənib.

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətini, habelə tədbirə toplaşmış həmvətənlərimizi salamlayıb. Səfir qeyd edib ki, Dövlət Komitəsi xaricdəki Azərbaycan diasporu ilə sıx əməkdaşlıq edir, onun daha sıx birləşməsi üçün səy göstərir. Madrid görüşünü bu səmərəli fəaliyyətin əyani nümunəsi hesab edən səfir diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsi üçün həmvətənlərimizin sıx birliyinin mühüm rol oynamasını həmişə vurğulayır.

Fuad Muradov görüşdə Dövlət Komitəsi tərəfindən xaricdəki Azərbaycan diasporu ilə əlaqələrin nizamlanmasına və möhkəmlənməsinə, bütün dünya azərbaycanlılarının dəstəklənməsinə, milli birliyə yönəlmiş işlər barədə danışıb. F.Muradov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Dövlət Komitəsinin sədri kimi onun qarşısında qoyulmuş vəzifələrdən biri ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlılarla mütəmadi görüşlər keçirməkdən, xaricdəki Azərbaycan diasporunun mobillik və mütəşəkkillik səviyyəsini yüksəltməkdən ibarətdir.

F.Muradov son bir ildə Azərbaycan diasporu ilə keçirilmiş görüşlər, xalqımızın milli-mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üzrə görülmüş işlər, habelə Dövlət Komitəsinin qarşıdakı planları barədə məlumat verib.

Vurğulanıb ki, bizim xaricdəki icmaların daha səmərəli fəaliyyətinə nail olmaq məqsədilə bir sıra ölkələrdə əlaqələndirmə şuraları yaradılıb.

Görüşdə Azərbaycanın diaspor siyasətinə və Dövlət Komitəsinin son bir ildə görülmüş işlərə həsr edilmiş “Vətən uzaqda deyil” adlı promoçarx və videoçarx nümayiş etdirilib.

İspaniyada Azərbaycan diasporunun daha sıx birləşməsi və onun fəaliyyətinin gücləndirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonra əlaqələndirmə şuraları təsis edilib. Səsvermə yolu ilə Yaqut Novruzova və Kərim Kərimov İspaniyada, Orxan Abbasov isə Portuqaliyada əlaqələndirici seçilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov diqqətə çatdırıb ki, Madriddə çox səmərəli görüş keçirilib. Nəticədə iki əlaqələndirmə şurası təsis edilib. Bu yeni qurumlar vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üzrə diasporların fəaliyyətinin səmərəsinin artırılmasına yönəlmiş layihələr, o cümlədən mədəni xarakterli layihələr həyata keçiriləcək. O qeyd edib ki, 2018-ci il iyul ayında Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Bu fakt bir daha onu göstərir ki, Vətən uzaqda deyil, bizim yanımızdadır.

İspaniya üzrə əlaqələndirici vəzifəsinə seçilmiş Yaqut Novruzova ona göstərilmiş etimada görə hamıya təşəkkürünü bildirərək qeyd edib ki, o, öz missiyasını Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti İspaniyada yaymaqda görür. Y.Novruzova vurğulayıb ki, o, İspaniyada yaşayan həmvətənlərimizin sıx birləşməsi və inteqrasiyası üçün Azərbaycanın İspaniyadakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq şəraitində əlindən gələni edəcək. (Azərtac)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO