Müsahibə 26.03.2024 19:19

“Ermənilər azərbaycanlılara həmişə yuxarıdan aşağı baxıblar”- MÜSAHİBƏ - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin elmi işçisi Gülsüm Hüseynovadır.

O, valideynlərinin İrəvan şəhərinin yerli sakinləri olduğunu deyib İrəvanla bağlı xatirələrini bölüşüb, İrəvanda yaşayan azərbaycanlıların mədəni irsi və mənəvi dəyərləri haqqında danışıb: “İrəvan doğma türk yurdudur. İrəvan Cənnət bağları şəhəri idi. Azərbaycanlılar həmişə ermənilərə rəhm edib, onlara kömək ediblər. İrəvan ərazisində və Qərbi Azərbaycanın digər mahallarında yaşayan azərbaycanlılar xüsusi adət-ənənələrə sadiq qalıblar, öz adət-ənənələrinə, habelə öz mətbəxlərinə, yemək bişirmə mədəniyyətinə malik idilər”.

Onun sözlərinə görə, dəfələrlə forumlarda, eləcə də müxtəlif tədbirlərdə iştirak edib, 44 günlük Qarabağ müharibəsindən sonra ermənilərin bizə qarşı davranışlarında dəyişiklik yarandığını söyləyib: “Vaxtilə erməni təbliğatı Azərbaycandan daha güclü idi. Ermənilər azərbaycanlılara həmişə yuxarıdan aşağı baxıblar. Ermənilər tarixi izləri gizlətmək üçün azərbaycanlılara məxsus memarlıq abidələrini, toponimləri, mədəni dəyərləri, qədim sikkələri saxtalaşdırıb, insanlarımızı məhv edib, azərbaycanlıları dəfələrlə deportasiyaya məruz qoyublar. 1918-ci il qırğınlarında ulu babam İrəvanda insanları  düşmən hücumundan müdafiə edib. Deportasiyalara baxmayaraq, xalqımız həmişə birdir”.

G.Hüseynova bu gün Qərbi Azərbaycanın yerli əhalisinin öz doğma yurdlarına qaytarılması istiqamətində aparılan işləri yüksək dəyərləndirib, özünün və qohumlarının İrəvana mütləq qayıdacağına əminliyini vurğulayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə martın 26-da saat 18:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.

«Азербайджанцы всегда жалели армян» – Хроника Западного Азербайджана

 Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.

Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван была Гюльсум Гусейнова, Научный сотрудник Управления Государственного Историко-архитектурного Заповедника “Ичеришехер”.

Она поделилась воспоминаниями об Иреване, отметив, что ее родители были местными жителями Иревана, и рассказала о культурном наследии и духовных ценностях азербайджанцев, проживающих в Иреване: “Иреван – исконно тюркская земля. Иреван был городом райских садов. Азербайджанцы всегда проявляли милосердие к армянам и помогали им». Азербайджанцы, проживающие на территории Иревана и других районов Западного Азербайджана, сохраняли верность особым традициям, имели свои обычаи, а также свою кухню и культуру приготовления пищи.

По ее словам, она неоднократно участвовала в форумах и различных мероприятиях и заявила, что после 44-дневной Карабахской войны поведение армян по отношению к нам изменилось: “В свое время армянская пропаганда была сильнее азербайджанской. Армяне всегда смотрели на азербайджанцев свысока. Чтобы скрыть исторические следы, армяне фальсифицировали принадлежащие азербайджанцам архитектурные памятники, топонимы, культурные ценности и древние монеты. Уничтожали наш народ, неоднократно подвергали азербайджанцев депортации. Во время резни 1918 года мой прадед защищал жителей Иревана от нападения врага. Несмотря на депортации, наш народ всегда сплоченный».

Сегодня Г.Гусейнова высоко оценила работу, проводимую в направлении возвращения уроженцев Западного Азербайджана на родную землю, и подчеркнула, что она и ее родственники обязательно вернутся в Иреван.

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.

А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество”, – по его мнению, он продвигает задачи, вытекающие из “Концепции возвращения”, подготовленной сообществом Западного Азербайджана.

Интервью транслировалось 26 марта в 18:30 в эфире Baku TV и на канале YouTube на русском языке.

 

XƏBƏR LENTİ
Müsahibə, Mədəni, Video müsahibə / 26.03.2024 19:19
“Ermənilər azərbaycanlılara həmişə yuxarıdan aşağı baxıblar”- MÜSAHİBƏ - VİDEO
Müsahibə, Mədəni / 26.03.2024 14:24
“Azərbaycanlıların həmişə ermənilərə yazığı gəlib” – ANONS - VİDEO
Maraqlı, Mədəni / 26.03.2024 13:02
Ermənilər qıpçaqların yazısını necə mənimsədilər? – ANONS
Dünya, Siyasi / 26.03.2024 11:20
QAİ Toivo Klaarın anti-Azərbaycan mövqeyini sərt şəkildə qınayıb
Müsahibə / 25.03.2024 22:47
“Tarixi Azərbaycan torpaqlarında 32 türk tayfası yaşayıb” – MÜSAHİBƏ - VİDEO
Hadisə, Səhiyyə / 23.03.2024 21:41
“Ermənilər görkəmli azərbaycanlı cərrahın qardaşını öldürüb meyitini ata bağlayıblar” - FOTO - VİDEO
Hadisə, Mədəni / 22.03.2024 22:07
“Camaata kömək etdiyi üçün daşnaklar erməni katibə işgəncə verdilər” - FOTO - VİDEO
Maraqlı, Mədəni, Sosial / 22.03.2024 13:05
“Nənəmin məzarını görmək istəyirəm” – Rəhilə Bəndəliyevanın “Həyat Hekayəsi” - VİDEO
Hadisə, Hərbi, Kriminal / 19.03.2024 22:11
“Zəngibasar türkləri hücuma keçsə, Vedililərə qoşulsa Ermənistan dağılacaq” - FOTO - VİDEO
Müsahibə, Mədəni / 19.03.2024 18:39
“İrəvanda azərbaycanlıların mədəni dəyərləri tamamilə məhv edildi” - VİDEO
Müsahibə, Mədəni / 19.03.2024 13:52
İrəvanda ermənilər azərbaycanlılarla pis rəftar edirdilər – ANONS - VİDEO
Hadisə, Kriminal / 19.03.2024 13:04
Zəngibasar mahallında törədilən amansız qətliam – ANONS
Gündəm, Hərbi / 19.03.2024 10:17
Regional məsələlər – NATO ilə Azərbaycanın eyni mövqeyi – TƏHLİL
Mədəni / 19.03.2024 00:02
Bu gün Novruz bayramının İlaxır çərşənbəsidir
Müsahibə / 18.03.2024 22:21
“Gərnibasardakı 52 kənddə cəmi 150 erməni yaşayırdı” – MÜSAHİBƏ - FOTO - VİDEO
Mədəni / 18.03.2024 11:40
Azərbaycana yaz fəsli daxil olur
Mədəni, Sosial / 16.03.2024 21:53
Novruz ənənələrini yaşdan oğuz yurdu Pəmbək - FOTO - VİDEO
Mədəni, Siyasi / 16.03.2024 12:06
Hümbət Hüseynov “Heydər Əliyevin 100 illiyi ” yubley medalı ilə təltif edilib - FOTO
Maraqlı, Sosial / 15.03.2024 22:49
“Ermənilər həmişə payızda, məhsul toplanışından sonra qaçaqaç salırdı” - FOTO - VİDEO
Maraqlı, Sosial / 15.03.2024 13:48
“Mütləq Ağbulağa qayıdacağam” – Təvəkgül Nəsibovun “Həyat Hekayəsi”
Gündəm, Siyasi, Təhlil / 14.03.2024 22:59
Erməni deputat: “Azərbaycanın kəndlərlə bağlı tələbi yerinə yetiriləcək” - FOTO - VİDEO
Siyasi, Təhlil / 14.03.2024 14:26
Paşinyan cəmiyyətdə müharibə qorxusu yaradır – ANONS
Maraqlı, Siyasi, Sosial / 13.03.2024 22:06
“Hayların Göyçə gölü sahilində yerləşmə sirri” - FOTO - VİDEO
Siyasi / 13.03.2024 15:17
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub
İqtisadi, Siyasi, Sosial / 13.03.2024 13:10
Adı 4 dəfə dəyişdirilən Kəvər – ANONS - VİDEO
Maraqlı, Sosial / 12.03.2024 22:00
Erməni qızlar türklərə ərə getmək istəyir - FOTO - VİDEO