Maraqlı 10.04.2024 22:15

“Azərbaycanlıların Qaranlıq rayonundan çıxarılma planı” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə oğuz türklərinin qədim yaşayış məskənləri erməni işğalçıları tərəfindən qəsb edilən və izi silinən Qaranlıq rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qaranlıq rayonuna nəyə görə Myasnikyanın adı verilib?” adlı süjetdə Azərbaycanın tarixi torpaqlarında ermənilər yerlərini möhkəmləndirdikdən və daim yaşayacaqlarına təminat aldıqdan sonra azərbaycanlıları yurdlarından sıxışdırıb çıxarmasından bəhs olunur.

Bildirilir ki, Göyçə mahalının ərazisində, İrəvan quyberniyasının Yeni Bəyazid qəzasında yerləşən Qaranlıq rayonu bir tərəfdən Göyçə gölü, digər tərəfdən Basarkeçər və Göyçə yaylaları ilə əhatə olunub. Qaranlıq adı Qafqazın 5 verslik xəritəsində qeyd edilib. Bu ərazi dağlıq, qayalıq bir yerdə yerləşir və hər tərəf təpəlikdən, dağlıqdan ibarətdir. Qədim zamanlardan mövcud olan Qaranlıq rayonunun ərazisi 14-16-cı əsrlərdə Monqolların, sonra isə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində olub. XVII-XVIII əsrlərdə İrəvan xanlığının Göyçə mahalının tərkibində olub. Şərqi Ermənistan Rusiyaya birləşdirildikdən sonra 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsinə əsasən Qaranlıq İrəvan quberniyasının, daha sonra Ermənistanda sovet hakimiyəti qurulduqdan sonra Yeni Bayazit vilayətinin tərkibində olub.

Qeyd olunur ki, Qaranlıq oykoniminin adı 1926-cı ildə dəyişdirilərək Martuni qoyulub və 1930-cu il sentyabrın 9-da bu adda rayon yaradılıb: “Martuni rayonu Ermənistan SSR Xalq Komitəsinin ilk sədri Aleksandr Myasnikyanın adı ilə bağlıdır. 1948–1951-ci illərdə Qaranlıq rayonunun Kolagirən, Mədinə, Aşağı Alıcalı, Əliqırıq, Vəliağalı, Yuxarı Qaranlıq, Göl kəndi, Yuxarı Adıyaman, Aşağı Adıyaman, Dəlikdaş, Təzəkənd, Əbdülağalı, Aşağı Gözəldərə, Zolağac kimi azərbaycanlı kəndlərinin hamısı tamamilə boşaldılıb. Sonrakı mərhələdə rayon üzrə 20 tarixi yer adları dəyişdirilib. Nəhayət, 1995-ci ildə Qaranlıq, yəni Martuni rayonu ləğv edilərək Geqarkunik mərzliyinin inzibati ərazisinə daxil edilib”.

Sonda vurğulanır ki, bütün bu çirkin əməllərin reallaşdırılması, tarixin saxtalaşdırılması üçün havadar rolunu oynayanlar ermənilərə hərtərəfli kömək göstəriblər: “Təbii ki, indi zaman dəyişib. Əminik ki, tarixi ədalət bərpa olunacaq, əzəli və əbədi torpaqların sahibləri doğma yurda, oğuz-türk elinə qayıdacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında aprelin 10-da  saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Maraqlı, Sosial / 10.04.2024 22:15
“Azərbaycanlıların Qaranlıq rayonundan çıxarılma planı” - VİDEO
Sosial / 10.04.2024 13:23
“Ermənilərin Qaranlq oyunbazlığı” – ANONS - VİDEO
Mədəni, Sosial / 09.04.2024 22:53
“Ağbabada toy günü qayınana ilə qayınata gəlin üçün güləşirdi” - FOTO - VİDEO
Hərbi, Müsahibə / 09.04.2024 18:52
“Ermənilərə görə, azərbaycanlı traktorçu, erməni tankçı olmalı idi” - VİDEO
Elm və təhsil, İqtisadi / 09.04.2024 16:41
ATMİA Bakıda italiyalı memarın iştirakı ilə seminar təşkil edib - FOTO
Müsahibə, Video müsahibə / 09.04.2024 13:25
“Ermənilər türklərin sayəsində sağ qalıblar” – ANONS
Müsahibə, Video müsahibə / 08.04.2024 22:40
“Ermənistan adlı bir qurum hüquq nöqteyi-nəzərindən qeyri-qanunidir” - FOTO - VİDEO
Siyasi / 08.04.2024 17:15
ABŞ və Aİ-ni regionda vəziyyəti gərginləşdirməməyə çağırırıq – BƏYANAT
İdman / 08.04.2024 09:58
Nərimanlı gəncləri ilə görüş - FOTO
Siyasi / 06.04.2024 22:16
Ermənilər irəvanlı ictimai xadimin zorla köçməsinə səbəb oldu - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 05.04.2024 22:09
“Kəndimizə getsəm dizlərimi yerə qoyub torpağımı öpəcəm” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 05.04.2024 13:45
“Nüvədiyə nəvələrimlə gedəcəm” – Sədaqət Həsənovanın “Həyat Hekayəsi” - VİDEO
Siyasi, Təhlil / 04.04.2024 22:51
“Ermənistan ərazisi 10 min kvadrat kilometrədək azala bilər” - FOTO - VİDEO
Siyasi / 04.04.2024 12:21
Ermənistan ətrafında çəmbər daralır – ANONS - VİDEO
Mətbuat, Sosial / 04.04.2024 11:40
Ardanış – o kənd bizim kəndimizdir - VİDEO
İqtisadi / 04.04.2024 11:15
Şəhanə Sarı: “ATMİA ölkəmizdə ilk dəfə İnşaat Həftəsinə start verib” - FOTO
Maraqlı, Siyasi, Sosial / 03.04.2024 22:10
“Qarakilsə niyə Sisavan və sonra Sisian adlandırıldı?” - VİDEO
Maraqlı, Sosial / 03.04.2024 12:39
Hayların 38 kəndi xarabalığa çevirdiyi rayon – ANONS - VİDEO
Maraqlı, Siyasi, Sosial / 02.04.2024 21:51
İrəvan şəhərində sensasiyalı tapıntı – xanın şəxsi əşyaları tapıldı - FOTO - VİDEO
Müsahibə, Mədəni, Video müsahibə / 02.04.2024 19:00
Ermənilər azərbaycanlıları qovaraq yeməklərini mənimsədilər - FOTO - VİDEO
Siyasi, Sosial / 02.04.2024 14:23
Erməni tədqiqatçı tapdığı əşyalarla saxta tarixi ifşa etdi – ANONS - VİDEO
Mədəni / 02.04.2024 13:14
“Erməni mətbəxini onlardan yaxşı bilirəm” – ANONS - VİDEO
Mətbuat / 02.04.2024 12:00
“Hamı hər şeyi görür, ağlı başında olanı aldatmaq olmur…”
Müsahibə, Video müsahibə / 01.04.2024 22:13
“Azərbaycanlılara ilk hücum İrəvandakı Bazar meydanında olub” – MÜSAHİBƏ - FOTO - VİDEO
Maraqlı, Sosial / 30.03.2024 21:48
Erməni generalının özbaşınalığına verilən cəza – Qərbi Azərbaycan Xronikası - VİDEO
Hadisə, Maraqlı, Mətbuat, Sosial / 29.03.2024 21:57
“İnsan yaşlandıqca Vətənin həsrətini daha çox çəkir” - FOTO - VİDEO