Gündəm 15.06.2023 20:36

“Ermənilər Qərbi Azərbaycana yaddır – Fransa mənbələri” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənilər Qərbi Azərbaycana yaddır – Fransa mənbələri” adlı süjetdə bölünmüş Vətənimizin bir hissəsi olan Qərbi Azərbaycan ərazisində heç vaxt Ermənistan adlı dövlətin olmadığı, bunun ermənilərə daha çox havadarlıq edən Fransa mənbələrində də təsdiqləndiyi göstərilir.

Bildirilir ki, 1918-ci ildə Fransada çap edilən xəritədə ermənilərin Qərbi Azərbaycana  yad olduqlarını tamamilə təsdiqlənir: “Bu xəritədə, ümumiyyətlə, Ermənistan adlı dövlət, vilayət yoxdur, heç erməni adı da çəkilmiyib. Ancaq Bakı, Gəncə, Naxçıvan, başqa bölgələr, Azərbaycan torpaqları və onunla sərhəd olan Dağıstan, Gürcüstan və digər ərazilər əks olunub, amma burada Ermənistan adlı dövlət yoxdur. Bu Ermənistanın bütövlükdə Qərbi Azərbaycan adlanmasına tarixi-məntiqi baxımdan yanaşmağa imkan verir”.

Diqqətə çatdırılır ki, 1828-ci ildən başlayıb 1989-cu illərdək davam edib, başa çatan “Türksüz Ermənistan” siyasəti sayəsində indiki Ermənistan ərazisində 605-dən çox kənddə yurd yeri xarabaya çevrildi, azərbaycanlılarsız qalıb: “İki milyona yaxın azərbaycanlı öz doğma ocağından qovuldu, 500 mindən çox günahsız və silahsız soydaşımız qətlə yetirildi. Xankəndindən Ağbabaya, Qazaxdan Göyçəyədək Azərbaycanın 40 min kvadrat kilometrlik ərazisi erməni qəsbkarları tərəfindən zəbt edildi. Erməni tarixçisi Leonun yazdığına görə, Batum müqaviləsinə əsasən Ermənistanın ərazisi 8,4 min kvadrat kilometr, azərbaycanlılar yaşayan ərazinin sahəsi isə ən azı 20 min kmadrat kilometr olub. 1916-cı ildə İrəvan quberniyasında azərbaycanlıların sayı 373 582 nəfər idi. İndi həmin ərazidə bir azərbaycanlı belə qalmayıb”.

Süjetdə keçmiş sovet dövründə Qərbi azərbaycanlıların Vətənə qayıdış, habelə yığcam məskunlaşma kimi problemlərinin nəzərdən qaçdığı,  keçmiş SSRİ dövründə Qərbi Azərbaycanın tarixi, yer və coğrafi adlarının erməniləşdirilməsinə, təhrif olunmasına rəsmi Moskvanın göz yumduğu vurğulanır, 1948–1953-ci illərdə SSRİ Nazirlər Şurasının “Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qəbul edilən qətnamə ilə bağlı məlumat verilir.

Sonda qeyd olunur ki, indiki Ermənistan təkcə ermənilərin dövləti və vətəni deyil: “Bu həm də son 35 ildə öz yurdlarından qovularaq məcburi köçkün vəziyyətində yaşayan qərbi azərbaycanlıların dövləti və vətənidir. Ona görə də indi Ermənistanda qəbul edilən qərarlar həm də onların perspektivdə bu ölkədə təhlükəsiz və əmin-amanlıqda yaşamasını təmin etməlidir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet iyunun 15-də saat 19:30-da Baku Tv-nin efirində və 20:30-da  Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO