“Azərişıq” güclü küləyin fəsad yaratmaması üçün tədbirlər görür
Qərb regionunda müşahidə olunan güclü küləyin fəsad yaratmaması üçün “Azərişıq” ASC-nin əməkdaşları qabaqlayıcı tədbirlər görür.
Rakus.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, hazırda bir neçə rayon ərazisində ehtiyat məqsədilə əlavə avadanlıqlar hazır vəziyyətə gətirilib:
“Güclü küləyin 0,4kVt-luq şəbəkələrdə fəsadlar yarada biləcəyini nəzərə alaraq əməkdaşlarımız qabaqlayıcı tədbirlər görür. Bundan əlavə Qərb regionunda olan Daşəkəsən, Göygöl və digər rayonlarda əlavə mal-material hazırlığı görülüb.
Hazırda Şimal regionunda da külək müşahidə edilir. Baş verə biləcək kəsintilərin qarşısını almaq üçün “Azərişıq” əməkdaşları operativ şəkildə lazımi tədbirlər görür”.