“Azərişıq”da kadrlar dəyişir
“Azərişıq” ASC-də iki regiona və 10 rayona yeni rəis təyin edilib.
Rakus.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev (Aydınoğlu) məlumat verib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq istehlakçılara göstərilən xidmətin səviyyəsini daha da yüksəltmək, aparılan yenidənqurma işlərini sürətləndirmək üçün müasir və innovativ düşüncəli, yeni texnologiyaları mənimsəmiş, Ağıllı Şəbəkələrin elektron idarəetmə tələblərinə cavab verən peşəkar gənc kadrlar region və rayon elektrik şəbəkələrinə rəis təyin edilib.
Ümumilikdə, Qərb və Şimal-Qərb Regional Enerji Təhcizatı və Satışı idarələrinin (RETSİ), həmçinin Quba, Şamaxı, Qax, Oğuz, Baləkən, Şəki, Ucar, Ağcəbədi ilə yanaşı paytaxt Bakının Səbail və Nərimanov rayonlarının elektrik şəbəkələrinin rəhbərliyinə yeni təyinatlar olub.