İqtisadi 22.07.2019 15:33

“AzerTelecom” “Microsoft”un rəsmi tərəfdaşı oldu

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən dünya üzrə tanınmış şirkətlərlə tərəfdaşlıq əlaqələrini genişləndirir.

Rakus.az xəbər verir ki, ölkənin telekommunikasiya sektorunda artıq 10 ildən çoxdur fəaliyyət göstərən və Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital HUB” proqramını icra edən “AzerTelecom” şirkəti İKT sektorunun qlobal iştirakçılarından biri olan tanınmış “Microsoft” şirkətinin rəsmi tərəfdaşı olub.

Microsoft şirkəti ilə tərəfdaşlıq “AzerTelecom” tərəfindən korporativ sektorda müştərilərə ən müxtəlif İT xidmətlərin, məhsul və qabaqcıl həllərin təqdim edilməsinə şərait yaradır. Bu tərəfdaşlıq imkan verir ki, “AzerTelecom” öz müştərilərinə “Azure” (bulud üzərindən həllər), “Microsoft 365” (korporativ müştərilər üçün zəruri məhsullar toplusu), “Microsoft Windows” (Server və User) məhsulu, Vahid Ünsiyyət – Microsoft Teams (Unified Communication), “Office 365” (İstifafdəçilər üçün müxtəlif iş alətləri) və s. məhsul və həlləri təqdim etsin.

Xatırladaq ki, həmçinin “Microsoft” şirkətinin Server Node avadanlığı “AzerTelecom” şirkətinin Data Mərkəzində də yerləşdirilib. Müvafiq avadanlığın “AzerTelecom” şirkətinin Data Mərkəzində yerləşdirilməsi Microsoft korporasiyasının proqram təminatının yeniləmələrinin burada cəmlənərək müştərilərə çatdırılmasını təhlükəsiz, sürətli və fasiləsiz həyata keçirir. Bu zaman müştərilər proqram təminatını mütəmadi yeniləyərkən Avropada və ABŞ-da yerləşən serverlərdən deyil, məhz Azərbaycandakı xüsusi təhlükəsizlik tələblərinə cavab verən və Microsoft-un Data Mərkəzləri ilə sinxronlaşdırılan serverlərdən daha sürətli əldə edə biləcəklər.

“AzerTelecom” şirkəti Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkətinin törəmə müəssisəsidir və 2008-ci ildə təsis edilib. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtləlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. “Digital Hub” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir. Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.

Microsoft (Nasdaq “MSFT” @microsoft) intellektual bulud və ağıllı texnologiyalar erasında rəqəmsal transformasiya üçün şərait yaradır. Onun missiyası daha böyük nailiyyətlər üçün hər bir insanın və hər bir təşkilatın imkanlarını genişləndirməkdir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası”
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər”
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 11:00
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir