Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət yardım bağlamaları təqdim olunub.
Rakus.az xəbər verir ki, koronavirus (COVID-19) xəstəliyi ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin günlərində Heydər Əliyev Fondu tərəfindən ölkə üzrə aztəminatlı ailələrə müxtəlif yardım payları çatdırılır.
Xatırladaq ki, Heydər Əliyev Fondu fəaliyyəti çərçivəsində mütəmadi olaraq aztəminatlı ailələrə, xüsusi qayğıya ehtiyacı olan şəxslərə yönəlik müxtəlif layihələr həyata keçirir.