Siyasi 25.07.2025 21:51

“Deportasiya cücərtilərini 1986-cı ildən hiss edirdik” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Cismani olaraq gündüzlər burada, gecələr xəyalən oradayıq” adlı veriliş əslən Zəngəzur mahalının Qafan rayonunun Siznək kənd sakini İslam Mahmudovun həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, orta və ali məktəbi illərini, kənd həyatını xatırladıb, təsərrüfatda çalışdıqlarını, mal-heyvan otardıqlarını, ot biçdiklərini, meşədən odun, palıd qozu yığdıqlarını söyləyib.

Onun sözlərinə görə, daim ayrı-seçkiliyə məruz qaldıqlarını, ermənilərin Qafana 1960-cı ildən sonra gəlib: “Kənddə ancaq azərbaycanlılar yaşayırdı. Babamın söylədiyinə görə, Qafanda ermənilərin say üstünlüyü olmayıb, onlar İran və Türkiyədən köçürüldükdən sonra Sünikə yaxın bir yerdə Daxtaqan deyilən  kiçik qəsəbə salıblar və köhnə, yararsız evlərdə yaşayıblar. Kəndimiz 1986-cı ilə qədər Siznək adlanıb. Ermənilər 1986-cı ildə kəndin adını həm sovetlikdən, həm də sovxozdan götürdülər və Sünik qoydular. Bundan sonra vəzifəyə ancaq ermənilər yerləşdirildi və əhalinin tərkibi yavaş-yavaş dəyişdi. Artıq deportasiya cücərtilərini biz 1986-cı ildən hiss etməyə başladıq. Nəhayət, 1988-ci ilin payızında erməni saqqallıları kənddə daxil olub camaatı zorla çıxardılar. Qohum-qonşular evin qapısını bağlayıb çıxdı və Zəngilan rayonunun Seyidlər kəndinə gəldi. Sonra Bakı, Sumqayıt, Şirvan, Naxçıvan və digər yerlərdə məskunlaşdı”.

Siznək kənd sakini deportasiya və erməni vəhşiliyindən söz açıb: “Babam həmişə deyirdi ki, 1905-1907 və 1918-1920-ci illər qaçqınlığını görmüşəm. Bizi iki dəfə öz torpağımızdan çıxardılar və geri qaytardılar. Atam tarix müəllimi olduğundan bu məsələləri çox geniş şəkildə izah edirdi. Biz dörd dəfə – 1905-1907, 1918-1920, 1948-1950 və 1988-ci illərdə deportasiyaya məruz qalmışıq. Ermənilərin azərbaycanlılara, kənd  sakinlərinə yetirdikləri ölümcül xəsarətlər nəticəsində insanlar dünyalarını dəyişiblər”.

İ.Mahmudov Vətən qayıdış istəyindən danışıb və bildirib ki, biz qayıdıb babalarımızın çırağını yandırmaq arzusu ilə yaşayırıq: “Biz cismani olaraq gündüzlər buradayıq, amma gecələr xəyalən oradayıq. Gəzdiyimiz cığırların, bulaqların, içtiyimi suyun, yediyimiz meyvələrin həsirətindəyik. Hamının bir arzusu var ki, Qərbi Azərbaycana qayıdaq, doğma yer-yurdumuzu görək və babalarımızın ruhu şad olsun”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 25-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər”
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 11:00
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir
Siyasi, Sosial / 23.09.2025 22:01
Aşirabad və Aşnak toponimi – türk tarixinin izi - VİDEO