Siyasi 14.02.2025 22:35

“Biz üç nəsildir dədə-baba torpaqlarımızdan uzaq qalmışıq” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Vətən həsrəti nənəmin səs tonunda, yangısında görünür” adlı veriliş əslən Zəngibasar  mahalından olan üçüncü nəsil Qərbi azərbaycanlı Fatimə Süleymanovanın həyat hekayəsinə həsr olunub.

O, babasının, nənəsinin Zəngibasar rayonunun Ulxanlı kəndində, ata babasının isə İrəvanda doğulduğunu, ev-eşik, təsərrüfat sahibi olduğunu deyib: “Onlar XX əsrin ortalarında ermənilərin azərbaycanlılara qarşı soyqırımı, qəsdəni köçürmə siyasətinin qurbanı olub, 1948-1953-cü illərdə qəsdən deportasiya ediliblər. Nənəm danışırdı ki, məcburi şəkildə yük vaqonlarında məişət əşyaları, hətta mal-qara ilə birlikdə Sabirabada köçürülüblər, orada çox çətin şəraitdə yaşayıblar. Onlar Vətən həsrəti ilə dünyadan köçüblər”.

Onun sözlərinə görə, babası zəngin şəxs olub: “Nənəmin atasının  çoxlu qızılları, dəyirmanı, atları olub. Ermənilər onu İrəvanda həbs ediblər. Uzun müddət onu həbsdə saxlayıblar, qızılların yerini öyrənmək üçün tələ qurublar. Onu həyat yoldaşı ilə həbsdə görüşdürüb və onların söhbətinə gizli qulaq asıblar. Qızılların yerini həyat yoldaşına bildirəndə ermənilər eşidib və gedib götürüblər, dəyirmanını da ələ keçiriblər. Çoz acınacaqlı həyat sürüb, zirzəmidə saxlayıb orada xəstəlikdən öldürüblər”.

F.Süleymanova Qərbi Azərbaycanla bağlı araşdırma apardığını,  qohumlarının çoxunun Vətən həsrətindən həyatda köçdüklərini, oranın tarixini, mədəniyyətini dünya miqyasına çatdırmağın vacibliyini söyləyib: “Biz dədə-baba torpaqlarımızdan uzaq qalmışıq, Vətən həsrəti ilə yaşayırıq. Babam doğma torpağını, yurd-yuvasını görə bilmədi. Mən üçüncü nəsil Qərbi Azərbaycan nümayəndəsi olaraq istərdim ki, torpaqlarımıza qayıdım, Uluxanlı kəndində, İrəvanın özündə nənəmin, babamın evini-eşiyini, yaşadıqları yeri görüm, axtarım, tapım, yaxınlarımın məzarını ziyarət edim. Oralar bizim ata-baba yurdumuzdur. Orada soy kökümüz, tariximiz, mədəniyyətimiz var. Mütləq şəkildə o torpaqlara qaydış olmalıdır. İnanıram ki, biz mütləq şəkildə torpaqlarımıza qaydacaq və orada yaşayıb yaradacağıq”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş fevralın 14-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO