Badamdarda sürüşmə oldu
“Yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib”.
Rakus.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib. O qeyd edib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur.
Ə. Qaralovun sözlərinə görə, ərazidə yaşayış evləri yoxdur: “Sürüşmə ərazisindən aşağıda qalan evləri isə heç bir təhlükə gözləmir”.
Yolun tamamilə bağlandığınıı deyən ekspedisiyası rəisi sürüşmə nəticəsində axan torpaq kütləsinın ərazidə yerləşən restoranın divarlarına dirəndiyini bildirib.
ETSN tərəfindən ərazidə monitorinqlər aparılır.(apa.az)