Sosial 25.03.2020 20:00

Bahar Muradova Azərbaycan ailələrinə səsləndi

“Bu gün ölkəmizdə ciddi karantin rejimi tətbiq edilməkdədir. Bakı, Sumqayıt, Abşeron, eləcə də, regionlararası əlaqələr və nəqliyyat xidməti məhdudlaşdırılıb. Belə bir vəziyyətin doğurduğu çətinliklərin əhali tərəfindən düzgün dəyərləndirilməsi virusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərdən heç də az əhəmiyyət kəsb etmir. Nəticə daha çox elə bundan asılıdır”.

Rakus.az xəbər verir ki,  məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova söyləyib.

O bildirib ki, bütün vətəndaşlar bir nəfər kimi bu günədək görülən işlərin effektivliyini artırmaq üçün ciddi rejimin qaydalarına əməl etməli, daha çox məsuliyyətli olmalı, təmasları minimuma endirməli, ailədaxili nizam-intizamı gücləndirməlidir.

“Dövlətimiz, cəmiyyətimiz və bir-birimiz qarşısında öhdəliklərə əməl etməliyik”, – B.Muradova əlavə edib.

Komitə sədri bildirib ki, bu gün həm də mədəniyyət və mənəviyyatın sınağa çəkildiyi gündür. O, Azərbaycan ailələrinə çağırış edib:

“Min illərin süzgəcindən keçib gələn milli-mənəvi dəyərlərimiz, adət və ənənələrimiz, dünyagörüşümüz bizdən öz yaxın və doğmalarımıza qarşı çox diqqətli olmağı, uşaqlara qayğı, yaşlılarımıza hörmət və ehtiramla yanaşmağı tələb edir. Əksər hallarda bizi onların da hərəkətləri və düzgün davranışı üçün məsuliyyət daşımağa sövq edir.

Odur ki, əziz valideynlər, öz övladlarınızın virusdan qorunmasına cavabdeh olduğunuzu bir an belə unutmayın.

65 yaşdan yuxarı ahıl soydaşlarımız, nə qədər çətin olsa da, “#evdəqal” kampaniyasının tələblərinə ciddi şəkildə əməl edin. İlk növbədə, sizə əziz olan doğmalarınızın həyatını təhlükə ilə qarşı-qarşıya qoymayın.

Bu günümüzün və gələcəyimizin əsas aparıcı qüvvəsi olan gənclərimiz, dövlətimiz və xalqımız daha çox sizə güvənərək, bu çətin günlərdə kömək və dəstək gözləyir. Hər zaman olduğu kimi, bu gün də özünü və dövlətini qorumanın ən gözəl nümunəsini ortaya qoymaq sizin vəzifənizdir.

Həyatının mənasını doğmalarının rahatlığı və firavanlığına fədakarcasına həsr etməkdə görən qəhrəman qadınlarımız! Bu gün Sizin dözümünüz və müdrikliyiniz, mərhəmət və sevginiz, ən çətin şəraitdən belə ümid və nikbinliklə çıxmaq, bütün ətrafınızı ruhlandırmaq bacarığınız sınağa çəkilir. Diqqət və qayğınızı heç birimizdən əsirgəməyin.

Nəhayət, hər birimiz üçün qala sayılan evlərimizin, milli-mənəvi dəyərlərimizin, bizi biz edən mədəniyyətimizin daha çox qorunduğu, elə bu səbəbdən də müstəqilliyimizin, dövlətçiliyimizin istinad nöqtəsi və dayağı olan ailələrimizin başçıları, baş tacımız atalarımız, müraciətimiz sizədir!

Bu gün sizin himayənizə fiziki və mənəvi ehtiyacı olan doğmalarınıza hər zaman olduğundan daha çox sevgi və diqqət göstərin. Səbrli olmaqla ailənizin bütün üzvlərini karantin dövrünün tələblərinə əməl etməyə daha çox siz sövq edə, şəxsi nümunə göstərməklə nizam və intizam qaydasında davranışın bu bəladan daha az zərərlə çıxmağın əsas şərti olduğunu onlara ən yaxşı siz izah edə bilərsiniz!”

B.Muradova qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz səlahiyyətləri və imkanları daxilində hər bir vətəndaşın sağlamlığının qorunması naminə görülən işlərə, hər bir ailənin ən müxtəlif ehtiyaclarının qarşılanmasına töhfə vermək üçün çalışır və həssas ailələrə dəstək olur.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO