Gündəm 03.04.2019 15:42

Bakı-Almatı ilk reysi qarşılandı

Yeni açılmış Bakı-Almatı reysi hər iki ölkənin iqtisadiyyatına böyük töhfələr verəcək.

Rakus.az xəbər verir ki, bunu Almatıda “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı-Almatı marşrutu üzrə ilk reysin qarşılanma mərasimində jurnalistlərə açıqlama verən Azərbaycan Hava Yolları QSC-nin marketinq, kommersiya və istehsalat idarəsinin direktoru Fuad Yusifov deyib.

Onun sözlərinə görə, birbaşa reysin həyata keçirilməsi Azərbaycan hökümətinin prioritet siyasətlərindən biridir:

“Almatı həm iqtisadi, həm də turizm cəhətdən çox vacib şəhərlərdən biri olduğuna görə bu marşrutun açılması mühüm əhəmiyyət kəsb edir. Gələcəkdə bu reys hər iki ölkəyə böyük töhfələr verəcək”.

Fuad Yusifov bununla yanaşı, qeyd edib ki, aprel ayının əvvəli Bakıda daha sonra, 17-19-da Almatıda beynəlxalq turizm sərgisi baş tutacaq: “Ayın 17-si sərgidən sonra AZAL-ın təqdimat mərasimi baş tutacaq. Bu tədbirdə hər iki ölkənin böyük turizm şirkətləri iştirak edəcək və onlar burada öz təkliflərini irəli sürəcəklər”.

Aprelin 2-də “Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Almatı-Bakı marşrutu üzrə ilk müntəzəm uçuşunu həyata keçirib.

Xatırladaq ki, AZAL-ın reysləri həftədə iki dəfə çərşənbə axşamı və şənbə günləri, ekonom sinif, komfort-klub və biznes sinif konfiqurasiyalı Airbus A319 tipli təyyarə ilə həyata keçiriləcək. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək. (Trend)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO