Siyasi 10.06.2025 19:59

“Ermənilərin fikri: “Azərbaycanlıların qayıdışı erməni dövlətçiliyinin sonudur” - VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı politoloq İlyas Hüseynov olub.

O, İrəvanda gedən siyasi proseslərdən, ermənilərin Qərbi Azərbaycana qayıdacaq azərbayanlıları qorumaq üçün xüsusi polis yaradılması, onları Azərbaycan ordusunun qoruyacağı iddialarına münasibət bildirib: “Ermənistanda seçkilər yaxınlaşdıqca yeni hüsuslar başlayır. Hazırda İrəvanda daxili siyasi gərginlik artır.  Ermənistan tərəfdə təhlükəsizlik şəraiti mütləq yaradılmalıdır”.

Onun sözlərinə görə, son vaxtlar Ermənistan ictimai rəyində “azərbaycanlılar qayıdır” fikirləri formalaşıb: “Ermənilərin fikri belədir ki, azərbaycanlıların qayıdışı erməni dövlətçiliyinin sonu deməkdir. Təbii ki, azərbaycanlıların geri dönüşü sülh şəraitində olacaq”.

Politoloq Cənubi Qafqaz bölgəsində yeni gərginliyin yaranmasının mümkünlüyü, beynəlxalq güclərin regiondakı marağı, Ermənistanın Minsk qrupunun ləğvi və reallıqlara uyğun olmayan köhnəlmiş mexanizmi bütün üsullarla saxlamağa çalışmasından danışıb: “Cənubi Qafqaz bölgəsində beynəlxalq güclərin marağı həmişə var. 2026-cı ildə İrəvanda, 2028-ci ildə Bakıda nəzərdə tutulan Zirvə görüşləri sülh üçün yaxşı fürsət yaradacaq. Bakı-İrəvan iradəsi və sülh Minsk qrupunun ləğvi ilə nəticələnəcək. Minsk qrupu tələblərin və maraqların icrasını təmin edə bilmədi”.

İ.Hüseynov sonda Qərbi azərbaycanlıların geri qaytarılması məsələsinin beynəlxalq hüquq çərçivəsində gec-tez həllini tapacağını vurğulayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə iyunun 10-da saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.

xxx

«Мнение армян: «Возвращение азербайджанцев – это конец армянской государственности»

Сегодня на телеканале Baku TV вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.

Как сообщает Rakus.az, гостем ведущей Эллады Сарван был политолог Ильяс Гусейнов.

Он прокомментировал политические процессы, происходящие в Иреване, заявления армян о создании специального полицейского формирования для защиты возвращающихся в Западный Азербайджан азербайджанцев и о том, что их будет защищать азербайджанская армия: «В Армении начинают кипеть предвыборные настроения. В настоящее время в Иреване нарастает внутриполитическая напряжённость. Условия безопасности со стороны Армении должны быть созданы».

По его словам, в последнее время в армянском общественном мнении сформировалось мнение о том, что «возвращаются азербайджанцы»: «Мнение армян заключается в том, что возвращение азербайджанцев означает конец армянской государственности. Конечно, возвращение азербайджанцев осуществится мирным путём».

Политолог говорил о возможности новой напряжённости в регионе Южного Кавказа, заинтересованности международных держав в регионе, попытках Армении сохранить устаревший механизм, не соответствующий действительности, и об отмене Минской группы любыми способами: «Всегда есть интерес международных держав в регионе Южного Кавказа. Планируемые саммиты в Иреване в 2026 году и в Баку в 2028 году создадут хорошую возможность для мира. Воля Баку-Иревана и мир приведут к отмене Минской группы. Минская группа не смогла обеспечить реализацию требований и интересов». В заключение И.Гусейнов подчеркнул, что вопрос возвращения западных азербайджанцев рано или поздно будет решён в рамках международного права.

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названий наших исторических и древних земель, и предоставление информации о депортации азербайджанцев  армянами, о стертых названиях топонимов, существовавших на этих территориях, о бесчисленных образцах материальной культуры – древних поселениях, некрополей, курганов, остатков замков, дворцов и укреплений, караван-сараев, мостов, гробниц-саркофагов, хачкаров, каменных изваяний лошадей и баранов, храмов, церквей, мечетей, святых очагов, а также информирование мировой общественности о фактах, подтверждающих, что эта территория является чисто тюркско-огузским поселением.

Также придерживаясь мнения Президента Ильхама Алиева о Западном Азербайджане: “Карта начала XX века еще раз показывает, что Западный Азербайджан — это историческая земля Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы прекрасно знаем, что азербайджанский народ на протяжении всей истории проживал на территории нынешней Армении. Сейчас главная задача – донести это до мировой общественности”, содействовать решению задач, вытекающих из “Концепции возвращения”, подготовленной Общиной Западного Азербайджана.

Кроме того, данный проект призван осветить мысли историков и исследователей о Западном Азербайджане и истории жизни людей, подвергшихся депортации.

Передача вышла в эфир 10 июня в 18:30 на YouTube-канале Baku TV и в 19:30 на телеканале Baku TV.

xxx

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO