Siyasi 27.02.2020 08:58

Bakı Konqres Mərkəzində anım tədbiri keçirildi - FOTO

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə fevralın 26-da Bakı Konqres Mərkəzində “Könlüm Xocalı” adlı anım mərasimi keçirilib.

Rakus.az xəbər verir ki, tədbirdə Xocalı soyqırımının şahidləri, dövlət rəsmiləri, gənclər təşkilatlarının rəhbərləri və ölkədə fəaliyyət göstərən könüllü hərəkatları və təşkilatlarının iki minə yaxın üzvü, kursant və müdavimlər iştirak ediblər.

Tədbir çərçivəsində xarici və yerli fotoqrafların lentə aldığı, Xocalı soyqırımını əks etdirən fotolardan ibarət sərgi təşkil edilib. Həmçinin “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının stendində soyqırımı həqiqətlərindən bəhs edən nəşr və təbliğat materialları nümayiş olunub.

Mərasimdə əvvəlcə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Milli Qəhrəman Əlif Hacıyevin xatirəsinə həsr edilmiş “Qırmızı ləçəklər” kitabının təqdimatı keçirilib.

Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və faciə qurbanlarının xatirəsinin yad olunması ilə başlayan anım mərasimində soyqırımı ilə bağlı hazırlanan təqdimat nümayiş etdirilib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirdikləri soyqırımı nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i ahıl olmaqla 613 nəfəri xüsusi qəddarlıqla qətlə yetiriblər.

Xüsusi vurğulanıb ki, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlayıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası soyqırımının dünyada tanınmasında mühüm rol oynayıb.

“Könlüm Xocalı” tədbirinin bədii hissəsində məşhur TEULİS teatrının təqdimatında soyqırımından bəhs edən kölgə-teatral tamaşası nümayiş olunub. Fransalı bəstəkar Pyer Tiluanın “Xocalı-613” kompozisiyasının musiqisi ilə müşayiət olunan səhnədə soyqırımı gecəsi baş vermiş qanlı qırğın və yüzlərlə günahsız insanın ümid və talelərinin qana boyanması təsvir olunub.

Tədbirdə Milli Qəhrəman Əlif Hacıyev ilə bağlı videoçarx da nümayiş etdirilib. Əlif Hacıyevin həyat yoldaşı Qalina Hacıyeva və qızı Zarina çıxış edərək Milli Qəhrəmanın həyat yolundan, Vətəninə, dövlətinə bağlılığından, həmçinin Qarabağ müharibəsində qəhrəmanlığından danışıblar. Əlif Hacıyevin ailə üzvləri ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram bəslədiklərini, onların ailə üzvlərinə xüsusi qayğı göstərdiklərini vurğulayaraq, cəmiyyətimizdə, xüsusilə də gənclər arasında Qarabağ şəhidlərinin və veteranlarının adının uca tutulduğunu qeyd ediblər.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın misilsiz xidmətlərindən danışıb, buna görə minnətdarlığını bildirib. F.Cəfərov tədbirdə iştirak edən gəncləri və təmsil olunan təşkilatları bu işdə fəal iştirak etməyə, beynəlxalq və regional tədbirlərdə, sosial şəbəkələrdə Azərbaycanın haqlı mövqeyini daha da səylə qorumağa çağırıb. (Azərtac)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO