Bakı Media Mərkəzi işğaldan azad olunan ərazilərimizlə bağlı videoçarx yayımlayıb.
Rakus.az xəbər verir ki, bu barədə video mərkəzin “Twitter” səhifəsində paylaşılıb.
“Qarabağda işğal zamanı hər şey dağıdılıb, zərər çəkib və yerlə-yeksan edilib. Erməni vandalizminin əhatəsi, erməni müharibə cinayətləri istənilən təsəvvürdən də kənardır. Azərbaycan bu ərazilərdə yenidənqurma işlərinin aparılacağını bəyan edib. Çünki Qarabağ Azərbaycandır!”