İqtisadi 27.05.2020 10:00

Bakı merinin biznesi şəbəkəsi – SİYAHI

Eldar Əzizovun ailəsinə məxsus ilk şirkəti hələ o Nizami rayon İcra Hakimiyyətinin başçı olarkən yaradılmışdı. Xanımı Nərgiz Xeyrulla qızı Əzizovanın iştirakı ilə qurulan “S.T. İsmayılova və N.X. Əzizovanın tam ortaqlı “XƏZƏR” firması” (VÖEN 1700646601) 2002-ci ildə təsis olunub.

Sonrakı illərdə (2006-2010-cu illər) “Zebra-İD” MMC, “Günəş-2” MMC, “Olimp-5” MMC, “Green Tour” MMC, “Greenfin Food And Baverage” MMC və “Green Trade” MMC təsis olunub.

Bu şirkətlərdə Eldar Əzizovun oğlunun ortaqları “İtalDizayn” QSC (“Zebra-İD” MMC), Orxan Aydın oğlu Əliyev (“Green Tour” MMC, “Greenfin Food And Baverage” MMC və “Green Trade” MMC) və Ehtiram Mehdi oğlu Qasımovdur. Dörd şirkətin (“Günəş-2” MMC,“Zebra-İD” MMC, “Green Tour” MMC və “Greenfin Food And Baverage” MMC) direktoru Şamil Əzizovdur.

“Green Tour” şirkəti 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyindən turizm fəaliyyət göstərmək üçün xüsusi razılıq (lisenziya) alıb. Adıçəkilən digər şirkətlərin biznes fəaliyyəti ilə bağlı açıq mənbələrdə məlumat yoxdur.

“Xəzər” firması ilə “Olimp-5” MMC-nin hüquqi ünvanı Eldar Əzizovun qeydiyyatda olduğu ünvanla (Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi, ev 19) uyğun gəlir. Dövlət reyestr məlumatlarına görə, “Olimp-5” şirkətinin direktoru Coşğun Adil oğlu Cəbrayılovdur. Eldar Əzizov 2018-ci ildə Bakı şəhər İcra Hakimiyyətinə başçı təyinatı alandan sonra Coşğun Cəbrayılovu özünə köməkçisi vəzifəsinə gətirib. Bundan öncə onlar Səbail rayon İcra Hakimiyyətində işləyirdilər. Biri başçı, digəri isə Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri idi.

Şamil Əzizov (25 yaşında ikən – 2009-cu il) həmtəsisçisi olduğu “Günəş-2” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda (Mirəli Seyidov küçəsi, ev 5-dəki mənzillərdən biri) “Azəri Saplay Kompani Ltd” şirkətini də qurub. Dövlət satınalmaları reyestrində bu şirkətin “AzTV”-yə 230 985 manat dəyərində videokamera akkumulyatorlarının, Heydər Əliyev Mərkəzinə isə 14 885 manatlıq “gül səbətləri komposiziyalarının” və “kreativ şam ağaclarının” satıldığı qeyd olunub.

Bizneslə yanaşı Şamil Əzizov elmi fəaliyyətlə də məşğuldur. O, UNEC-in məzunudur. 2018-ci ildə burada “İdxal-ixrac əmələliyyatlarına valyuta nəzarətinin təkmilləşdirilməsi problemləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 2019-cu ildə isə büdcə hesabına “Dünya iqtisadiyyatı” ixtisası üzrə UNEC-in doktoranturasına qəbul olunub.

İş adamı Şamil Əzizov Koronavirusa Qarşı Mübarizə Fonduna 3000 manat köçürüb.

Onun həyat yoldaşı Banuçiçək Əzizova Səbail rayonunda yerləşən 157 nömrəli uşaq bağçasının müdiridir.

TURAN

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO