Sosial 03.10.2019 11:50

“Bakı Metropoliteni” təlim-tədris mərkəzini istifadəyə verdi - FOTO

“Bakı Metropoliteni” QSC kadr hazırlığı, təhsil-tədris prosesinin müasir və fərqli imkanlar yaratmaq məqsədilə təlim-tədris mərkəzini əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verib.

Rakus.az xəbər verir ki, çoxşaxəli infrastruktura malik və mürəkkəb spesifik xüsusiyyətləri ilə seçilən Bakı metropoliteni üçün zəruri olan peşələr və ixtisaslar üzrə kadr hazırlığının mükəmməl səviyyəyə çatdırılması istiqamətində ən əhəmiyyətli addımlardan biri kimi, təlim və tədris bazası müasir dövrün tələbləri səviyyəsinə çatdırılıb.

Mərkəzin mərkəzləşdirilmiş havalandırma, isitmə-soyutma, həmçinin müasir yanğın təhlükəsizliyi, yanğın su hovuzu sistemləri qurulub.

Təlim-tədris mərkəzinin ən əhəmiyyətli texnoloji yeniliklərindən biri qatar trenajorudur. Təlimlər “81-765” tipli qatarların bazasında yaradılan trenajorda aparılacaq. Rusiyanın bu sahədə ixtisaslaşmış “Loqos” şirkətinin məhsulu olan trenajor tam interaktiv şəkildə Bakı metropoliteninin xətlərinin real məkan və zaman rejimində müasir qrafik təsvirlər vasitəsilə işlənib.

Mərkəzin orta sahəsində yerləşdirilmiş vaqon tipli guşələr təlim-tədris mərkəzində təlimlərin həyata keçiriləcəyi ən əhəmiyyətli sahələrdir. Hər bir guşə əhatə etdiyi sahənin özəlliklərini, texniki xüsusiyyətlərini özündə əks etdirməklə ən müasir texnoloji tələblər səviyyəsində  əyani vəsaitlərlə təchiz edilən nəzəri biliklərə və praktiki vərdişlərə yiyələnməyin ideal məkanıdır. Burada divarlar boyunca sahələrin və struktur vahidlərinin fəaliyyət spektrini əhatə edən və ən çeşidli məlumatlarla zənginləşdirilmiş statik lövhələr yerləşdirilib. Hər guşədə monitorlar quraşdırılıb və bu, informasiya-kommunikasiya texnologiyalarının müasir imkanları çərçivəsində  mümkün formatların köməyi ilə tədris prosesinin daha canlı və dərindən, bütün detalları ilə mənimsənilməsinə şərait yaradır.

Tədris mərkəzində, ümumilikdə, xüsusi sifarişlə hazırlanan 15 maket və 100-dən artıq əyani-praktiki tədris vəsaitləri yer alır.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO