İqtisadi 13.04.2019 18:52

Bakı metrosunda yeni sistemlər tətbiq olunur

Aprelin 13-də “Nərimanov” elektrik deposunun akt zalında Fransanın “Thales” şirkətinin Bakı Metropoliteninin “Bənövşəyi xətti” üçün nəzərdə tutulmuş müasir sistemlərinin təqdimatı keçirilib.

Rakus.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, qurumun sədr müavini Hidayət Məmmədov QSC-nin əldə etdiyi nailiyyətlər və müəssisənin fəaliyyəti barədə danışıb.

İnsan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov isə son dövrlər tətbiq edilən yeniliklərin mahiyyətindən bəhs edib. Sonra sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinin əməkdaşları deponun istehsalat sahələrində təhlükəsizlik və davranış qaydaları barədə iştirakçıları təlimatlandırıblar.

Bakı Metropolitenində tətbiq edilən yeni sistemlərlə bağlı təqdimatı “Thales” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Mehmet Şahan, texniki direktoru Mixail Malinovski edib.

QSC-nin işarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov ilə baş mühəndis Fəxrəddin Əmirov yeni və mövcud sistemlərin müqayisəli təhlilini nümayiş etdiriblər. Həmçinin “Thales”in Toronto və İstanbul mərkəzlərində təlim keçmiş mütəxəssislər – Rüfət Səmədov, Şahin Vəliyev, Rüstəm Məhərrəmov, Taleh Məmmədov və Nadir Osmanov əldə etdikləri təcrübə, apardıqları müşahidələr əsasında yeni sistemlərin üstünlüklərindən bəhs ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Sərəncamla Bakı metrosunun konseptual inkişaf sxeminə əsasən, hazırda xətlərinin sayı 3, stansiyalarının sayı 25, xətlərinin uzunluğu 36,6 kilometr olan Bakı Metropoliteni uzunluğu 119,1 kilometrə çatan və 76 stansiyanı əhatə edən 5 xətdən ibarət şəbəkəyə çevriləcək. Müstəqillik dövründə istifadəyə verilən ilk xətdə və onun fəaliyyətdə olan 2 stansiyasında ən müasir sistemlər tətbiq olunur və bu proses davamlı inkişaf etdirilir.

M.Malinovski qeyd edib ki, “Thales” metropolitenlərdə tətbiq edilən müasir avtomatlaşdırma sistemlərinin inkişaf etdirilməsi və tətbiqi sahəsində dünya liderlərindəndir.

2014-cü il mayın 12-də Fransa Prezidenti Fransua Ollandın Bakıya rəsmi səfəri çərçivəsində keçirilmiş Azərbaycan–Fransa iqtisadi forumunda “Bakı Metropoliteni” QSC ilə “Thales” şirkəti arasında ilkin araşdırmaların aparılmasına dair anlaşma memorandumuna əsasən işlərə başlanıb, uğurlu nəticələr əldə olunub. Forumun gedişində bu şirkətlə bağlanmış digər müqaviləyə əsasən, Bakı Metropoliteninin seçdiyi 5 perspektivli gənc mütəxəssis “Thales”in Toronto şəhərində təlim-tədris mərkəzində və yerli metropolitendə avtomatlaşdırma və kommunikasiya sistemlərinin istismarı və tətbiq edilməsinə dair kurs keçdikdən sonra İstanbul metrosunda təcrübə mübadiləsində iştirak ediblər və hazırda biliklərini yerli kadrlara öyrədirlər.

M.Şahan Bakı Metropolitenində tətbiq ediləcək yeniliklərdən bəhs edərkən deyib ki, sistemin mərhələlərlə quraşdırılması “Bənövşəyi xətt”in istismara verildiyi dövrdə başlanılıb. Gələcəkdə isə metropolitenin bütün infrastrukturunun SCADA sistemlərinə keçilməsi təmin ediləcək.

Bildirilib ki, hazırda “Bənövşəyi xətdə” “Thales” şirkətinin 4 sistemi quraşdırılır. Bunlar qatarların hərəkətinə nəzarəti təmin edən mikroprosessor sistemi, “Bənövşəyi xətdə” başlayan, lakin gələcəkdə bütün metropoliteni əhatə edəcək dispetçer idarəetməsi, qatar dispetçeri ilə maşinist rabitəsini təmin edən “Tetra” radiorabitə sistemi, mühəndis-texniki qurğuları və eskalatorların idarə edilməsini təmin edən sistem və avadanlıqlardır. Artıq mikroprosessor idarəetməsi və “Tetra” rabitə sistemi xətdə fəaliyyət göstərir.

Bakı Metropoliteninin mövcud “Yaşıl” və “Qırmızı” xətlərində qatarların hərəkətini SAT-ALI (sürəti avtomatik tənzimlənmə, avtomatik lokomotiv idarəetmə) sistemləri əsasında həyata keçirilir. Lakin texnoloji inkişafın son məhsulu sayılan CBTC və yaxud qatarların radiodalğalarla idarə edilməsi sistemləri “Bənövşəyi xətdən” başlamaqla Bakı Metropolitenində tam fərqli eranın əvvəli olacaq. Bununla qatarların hərəkət təhlükəsizliyi ən yüksək həddə çatdırılacaq, avadanlıq və qurğuların, eləcə də qatarlar arasında intervalların azalmasına, elektrik enerjisinə qənaət olunmasına, qatarların hərəkət sürətinin artmasına, onların daha rəvan sürət yığıb dayanmasına və digər əsaslı təsirləri də nəzərə almaqla sərnişinlərin rahatlığının artırılmasına nail olunacaq.

M.Şahan əlavə edib ki, 2019-cu il martın 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Fransa Respublikasına səfəri çərçivəsində imzalanmış Azərbaycan-Fransa sənədlərindən ikisi Bakı Metropoliteninin yaxın illərdəki inkişafını əhatə edir. Əməliyyat Nəzarəti Mərkəzinin yaradılması ilə bağlı müqavilə dispetçer idarəetməsinin qurulmasını təmin edəcək. Eyni zamanda, “Xocasən” deposunun işarəvermə və telekommunikasiya sisteminin reallaşdırılması istiqamətində işlər aparılacaq. Bununla yanaşı, hazırda Bakı Metropoliteninin “Qırmızı” və “Yaşıl” xətlərinin avtomatlaşdırma sistemlərinin yenilənməsi istiqamətində də ilk əhəmiyyətli addımlar atılır.

Təqdimat iştirakçıları daha sonra yeni sistemlərin quraşdırma işlərinin aparıldığı “Nərimanov” elektrik deposu ilə tanış olub. Onlara “ox sayğacı” bazasında yeni sistemin quraşdırılması istiqamətində əhəmiyyətli işlər barədə məlumat verilib. Qeyd olunub ki, orijinal mühəndis layihə həlli ilə seçilən yeni mərkəzləşmə məntəqəsi inşa olunur və ən müasir avadanlıqlarla təchiz edilir.

Sonda M.Malinovski deyib ki, yeni sistemlərin idarə edilməsi ilə bağlı kadr potensialının artırılması istiqamətində də mühüm addımlar atılır. 2018-ci ildə “Bakı Metropoliteni” QSC və “Thales” şirkətinin iştirakı ilə Fransa-Azərbaycan Universitetinin (UFAZ) kompüter fənn fakültəsi əsasında nəqliyyatda avtomatlaşdırma və kompüter texnologiyası tətbiqi üzrə təlim kursu açılıb. Tədri

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO